Tarix : 2019 Feb 11
Kod 57616

Gürcüstanda erməni hərbi cinayətkara büstün qoyulması etirazlara səbəb olub

Gürcüstan azərbaycanlıları Cavaxetiya məntəqəsində erməni hərbi cinayətkara büstün qoyulmasına etiraz olaraq, aksiya keçiriblər.

Arannews-Anadolu xəbər agentliyinin bildirdiyinə görə, Tiflisdə Gürcüstan Parlamentinin binası önündə keçirilən aksiyanın iştirakçıları Xocalı soyqırımında əli azərbaycanlıların qanına batmış erməni hərbi cinayətkar Mixail Avaqyan üçün Cavaxetiyada qoyulmuş büstünün götürülməsini istəyiblər. Bu etiraz aksiyasının təşkilatçılarından olan Sevinc Hümbətova bu aksiyanın keçirilməsində məqsədin əli Azərbaycan xalqının qanına bulaşmış hərbi cinayətkara büstün qoyulmasına etiraz adlandırıb. Qeyd edək ki, Mixail Avaqyan Axalkalaki rayonunun Buğaşen kəndində anadan olub,Abxaziyada daxili işlər orqanlarında çalışan Avaqyan sonralar Abxaziyada baş verən müharibə zamanı  ermənilərdən formalaşdırılan "Baqramyan" batalyonuna qoşulur. Abxaziyadakı fəliyyətindən sonra Avaqyan Ermənistana qayıdır. Təsadüfi deyil ki, o, dərhal Dağlıq Qarabağda peyda olur. Azərbaycan dilini bilən və kəşfiyyat dəstələri tərkibində təxribatçı əməliyyatlarda iştirak edən Avaqyan Xocalı, Fizuli, Hadrut və Horadizdə mülki sakinlərin öldürülməsində baş rollardan birini ifa edir. Lakin Horadiz körpüsü uğrunda döyüş zamanı Mixail Avaqyan azərbaycanlı snayperin atəşi nəticəsində yaralanır və xəstəxanaya aparılarkən yolda ölür. 


  • Yazılıb
  • da (də) 2019 Feb 11
  • Göndərən مدير سايت Aran News