Tarix : 2019 Feb 10
Kod 57625

İnqilabın 4-cü nəsli Tale Bağırzadəyə dəstək mərasimi keçirib

Bicarın Şəhid Bahünər adına orta məktəbində Hacı Tale Bağırzadəyə dəstək mərasimi keçirilib.

AranNews – Mərasimin natiqi məktəbin direktoru Behruz Mənsuri deyib: “Bu günləri biz müəllimlərin dini və inqilabi vəzifəsi tələb edir ki, Azərbaycan Respublikası şiələrinin məzlumluğunu inqilabın dördüncü nəslinə çatdıraq və bunu onlara üçün izah edək.”Behruz Mənsuri əlavə edib: “Dünya imperializmi şiə rəhbərlərinin və region inqilablarının səsinin dünyaya çatmasını istəmir.Hacı Tale Bağırzadə də Şeyx Zəkzaki, Şeyx Nimr və Şeyx İsa Qasim kimi öz ölkələrində İslam haqlarının bərpası ardıncadır və Ruhullahın dəvətinə ləbbeyk demişdir. Bu günləri azadlıqsevərliyi və dini müdafiə etdiyinə görə həbsxanada işgəncə olunur.”Məktəbin direktoru çıxışının davamında deyib: “Həbsxananın daxilində də Hacı Talenin bütün hüquqları pozulub. Bu mövzu göstərir ki, zülmkarlar onun zəifləmiş cismindən deyil, azad ruh və təfəkküründən qorxurlar. Çünki onun iman ruhunu zəncirə çəkə bilmirlər. Ona görə də məcbur qalıb cisminə işgəncə verməklə kifayətlənirlər.Bu gün elm və bilik səngərində neçə gündür ki, aclıq aksiyası keçirən bu böyük insana öz dəstəyimizi elan edirik və milli mediadan istəyirik ki, Azərbaycanın məzlum şiələrinə dəstək olaraq geniş strategiya üzərində işləsin.”











  • Yazılıb
  • da (də) 2019 Feb 10
  • Göndərən مدير سايت Aran News