Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili jurnalist Dmitri Qordon ilə müsahibə zamanı deyib ki, Ukrayna dövlət başçısı Pyotr Poroşenko Krımın heç vaxt qayıtmayacağı ilə barışıb.
Arannews-FaktXəbər bildirir ki, bu barədə o, şəxsən Pyotr Poroşenkodan eşidib.
Saakaşvilinin sözlərinə görə, Poroşenko bu düşüncədə olub ki, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlülüyü müqabilində Krımı arxa plana atsın: "Mənim Poroşenko ilə bu mövzuda danışığım olub. O, deyirdi ki, mən Cənubi Osetiya və Abxaziyanın heç vaxt Gürcüstana qayıtmayacağı ilə barışmışam. Eyni mövqeyi Krımla bağlı da etmək lazımdır. Lakin müqabilində Ukrayna Avropa İttifaqı və NATO-ya üzv qəbul edilməlidir".