Arannews-“Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, orduya çağırış gec-tez keçmişdə qalacaq.O qeyd edib ki, hərbi texnikanın və qoşunların qarşısındakı vəzifələrin mürəkkəbləşməsi ilə əlaqədar olaraq peşəkar orduya olan tələbat daha da artır.“(Hərbi) çağırış yavaş-yavaş keçmişdə qalır. Düzdür, bunun üçün zaman və münasib maliyyə lazımdır”, - deyə o bildirib.Onun sözlərinə görə, bəzi dövlətlər peşəkar hərbi qulluqçulara tam keçid etmilər, çünki dərin ixtisaslaşma tələb etməyən işlər hər zaman var.Lakin, o vurğulayıb ki, belə bir tendensiya var və Rusiya bu istiqamətdə hərəkəti davam etdirəcək