Arannews-İslamazeri.com xəbər verir ki, İsrail mediası insanların qorxmaması üçün bəzi xəbərlərə senzura qoysada, sosial şəbəkələrdə İsrailə atılan raketlərin bir neçəsinin videosu yayılıb. Sosial şəbəkələrdən insanların çox qorxduğu və qaçmağa yer axtardığı görünür. İsrail iki nəfərin öldüyünü, onlarla yaralı olduğunu bildirir. Qeyd edək ki, İsrail Qəzzaya dünən gecədən hava hücumuna başlayıb, fələstinlilər 7 itki verib. Fələstin müqaviməti intensiv raket hücumunu daha geniş ərazilərə həyata keçirəcəyini deyir.