Tulkərəm şəhərinin şimalındakı Attil qəsəbəsi sakinlərindən olan fələstinli fəhlə dünən günorta İsrail rejimi polisindən qaçarkən vurularaq, həyatını itirib.
Arannews-Yerli mənbələrdən alınan məlumata görə, İsrail polisi 30 yaşlı Emced Camal Qaliqi 1948-ci ildə işğal edilən Fələstin ərazilərindəki Kalansuva şəhərində tutmağa çalışıb.Mənbələr İsrail polisinin ardınca düşdüyü fələstinli fəhləyə arxadan atəş açaraq, öldürdüyünü deyiblər.Emced Camal Qaliqin keçmiş məhbuslardan olduğu və 1948-ci ildə işğal edilən Fələstin torpaqlarında qanunsuz çalışdığı, İsrail polisinin qeyri-qanuni nəqliyyat vasitəsi istifadə etdiyini irəli sürərək, fələstinli gəncin arxasınca düşdüyü bildirilib.
İsrail qüvvələrinin İordan çayının qərb sahilindən 1948-ci ildə işğal edilən torpaqlara qaçaq olaraq işləməyə gedən fələstinliləri öldürdüyü və ya yaraladığı hadisələrin sayının son günlərdə artmağa başladığı qeyd edilib.Keçən ay Cənin şəhərinin cənubunda yerləşən Kabatiyə qəsəbəsi sakinlərindən bir işçi 1948-ci ildə işğal edilən torpaqlardakı Arabətul-Bətuf qəsəbəsində İsrail polisindən qaçarkən hündürlükdən yıxılaraq, həyatını itirmişdi.