Məlum olduğu kimi Tel-Əvivdə (İsrail) "Eurovision-2019" mahnı müsabiqəsi keçirilir
Arannews-İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, Qüdsdə şənbə günü keçirilən aksiyada 2 polis yaralanıb, 6 yəhudi dindar isə saxlanılıb.Onlar Eurovision yarışlarının "müqəddəs şənbə" gününə hörmətsizlik olduğunu bildiriblər.Bundan öncə İsrailin baş ravvini David Lau yəhudiləri 17 mayda şənbə şamlarını şabbatın (iş görülməsi haram olan, yəhudilərin müqəddəs şənbə və istirahət günü adlandırdığı termin) 10 dəqiqə girməsinə qalmış yandırmağa səsləmiş, şabbatın bitməsindən daha 10 dəqiqə artıq bir iş görməməyə çağırmışdı. O bu əməli şənbəyə hörmətsizlik günahının yuyulması üçün edilməsini vacib adlandırmışdı.