Tarix : 2019 Jun 15
Kod 58328

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Türkiyə XİN başçısı ABŞ Pentaqon başçısının məktubu ilə bağlı danışıb.

 “Arannews-Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Pentaqon başçısının vəzifələrini icra edən Patrik Şanahanın S-400 sistemlərinin alışı ilə bağlı məktubu Türkiyəni həmin sistemdən imtina etməyə məcbur edə bilməyəcək.

“Biz demirik ki, S-400-ü almayacağıq. Biz artıq almışıq. Əgər ABŞ S-400 və F-35 ilə bağlı narahatdırsa, bizim birgə işçi qrupu yaratmağa dair təklifimiz car, qoy mütəxəssislər bu məsələni araşdırsınlar... (Pentaqonun) bu cür məktublar(ın)dan sonra Türkiyə S-400-dən imtina etməyəcək. Biz bu məktuba cavab hazırlayırıq”, - deyə o qeyd edib.

O bildirib ki, Rusiya ilə S-400 ilə bağlı kontakt çərçivəsində işlər davam etdirilir, S-400 təyin edildiyi zamanda Türkiyəyə çatdırılacaq.

  • Yazılıb
  • da (də) 2019 Jun 15
  • Göndərən مدير سايت Aran News