Tarix : 2019 Jun 16
Kod 58330

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

İran və Türkiyə prezidentləri bölgədə qanunsuz sanksiyalar və təkvektorluluqla öz müxalifətlərini vurğulayıblar.

Arannews-Iran prezidenti Həsən Ruhani bu gün Tacikistanın Düşənbə şəhərində keçirilən 5-ci SİKA sammitinin kənarında Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşdə vurğulayıb ki, Tehran iqtisadi sahə xüusiyyət təşkil etməklə bütün sahələrdə Türkiyə ilə münasibətləri genşləndirməyə maraqlıdır.

O, deyib: Bu həmkarlıqları gücləndirmək və iki ölkənin illik ticarət mübadilələri həcmini otuz milyard dollara çatdırmaq üzrə səylər artırılmalıdır.

Türkiyə prezidenti də bu görüşdə vurğulayıb: İran-Türkiyə münasibətləri inkişaf etməkdədir və bu münasibətlərin ikitərəfli və regional səviyyələrdə daha da gücləndirilməsi son dərəcə önəmlidir.

Ərdoğan əlavə edib: Türkiyə bütün sahələrdə Tehran ilə əlaqələrini genişləndirmək əzmindədir.

  • Yazılıb
  • da (də) 2019 Jun 16
  • Göndərən مدير سايت Aran News