Tarix : 2019 Jul 13
Kod 58489

Jurnalistin məhkəməsi davam edib

İyulun 11-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam edib

Arannews-iyulun 11-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam edib. Bu barədə Turan-a S.Vaqifqızı bildirib.

İşin mahiyyəti ondan ibarətdir ki, jurnalist 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən videosüjet hazırlayıb. Süjetdə Bakının 251 saylı məktəbinin direktor müavini Elmira Alandarovanın insanları müxtəlif istiqamətlərə yönəltdiyi əks olunub. Bir il keçəndən sonra E.Alandarova jurnalisti məhkəməyə verib. E.Alandarova iddia edir ki, süjetdə onun şərəf və ləyaqəti alçaldılıb. Tələb kimi həmin süjetin "Meydan" TV və "Azadlıq" qəzetinin səhifələrindən silinməsini, üzrxahlıq edilməsini və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilməsini irəli sürüb.

Məhkəmədə cavabdehin nümayəndəsi kimi E. Alandarovanın həyat yoldaşı Rafət Pirisoy və vəkili iştirak ediblər.

Məhkəmənin gedişində hakim Emin Əliyev tərəflərə barışıq təklifi verib. E.Alandarovanın nümayəndəsi jurnalistin üzr istəməsini istəyib.

S.Vaqifqızı bildirib ki, "seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilməz".
Məhkəmə müəyyən ekspertizaların təyin olunması məsələsinə baxıb.

Jurnalistin vəkili Zibeydə Sadıqova şahidin dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə baxışı avqustun 5-də davam edəcək. 

  • Yazılıb
  • da (də) 2019 Jul 13
  • Göndərən جهان کمالی