Tarix : 2019 Jul 13
Kod 58490

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Vəkil Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcəyi gözlənilir.

Arannews-Vəkil Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcəyi gözlənilir.

İyulun 11-də E.Sadıqov Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri ilə görüşüb. Bu barədə vəkilin özü bildirib.

E.Sadıqovun sözlərinə görə, onun inzibati məsuliyyətə cəlb edilməsilə bağlı məsələ həllini tapıb.

Vəkilə bildirilib ki, intizam icraatına xitam veriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov problemin həll edildiyini təsdiqləyib.

"Vəkil Elçin Sadıqovla görüşdük. Məsələni sivil qaydada həll etdik. O, Facebook-da yazdığı statusu (intizam icraatının başlanmasına əsas omuşdu) sildi. Biz də bunu nəzərə alaraq qarşılıqlı addım atacağıq. İyulun 17-də Rəyasət Heyətinin iclasında məsələyə yenidən baxacağıq", -A. Bağırov Turan-a bildirib.

Xatırladaq ki, intizam icraatına E.Sadıqovun Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, mərhum Sərdar Qasımovla bağlı status yazması səbəb olub. Vəkil bildirmişdi ki, S.Qasımov komissiyanın qərarlarını rəhbərliyin sifarişilə hazırlayırmış.

S.Qasımovun xanımı E.Sadıqovdan şikayət etmişdi.

  • Yazılıb
  • da (də) 2019 Jul 13
  • Göndərən جهان کمالی