Tarix : 2019 Jul 20
Kod 58527

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatının (AXH) iyulun 20-də yürüş-mitinq keçirməsinə razılıq verməyib.

Arannews-Aksiya Qarabağ münaqişəsinin nizamlanmasının sürətləndirilməsi və işğal edilmiş ərazilərin azad olunması tələbilə keçiriləcəkdi. Bu barədə AXH İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu bildirib.

Onun sözlərinə görə, şəhər administrasiyasında qərara alıblar ki, aksiya keçirilməsinə zərurət yoxdur, çünki prezident İlham Əliyev münaqişənin beynəlxalq hüquq normaları və ölkənin ərazi bütövlüyü əsasında həlli üçün həm ölkə daxilində, həm də beynəlxalq arenada bütün səyləti göstərir.

Bundan əlavə, meriya həmçinin yürüşün paytaxtda insanların sərbəst hərəkətinə və əlavə tıxacların yaranmasına şərait yaradacağını bildirib.

Ş.Ağasifoğlu şəhər hakimiyyətinin cavabını vətəndaşların konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib.

Onun sözlərinə görə, şəhər rəhbərliyi "tövsiyə verməməlidir, qanunu icra etməlidir".

"Qarabağa azadlıq!", "Azad seçkilər!" şüarı altında yürüşün iyulun 20-də "Amay" Ticarət Mərkəzinin yanından Xətai Rayon İcra Hakimiyyətinin binasının qarşısınadək keçirilməsi planlaşdırılmışdı.

* AXH 2019-cu il yanvarın 26-da təsis edilib. Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilən quruma Klassik Xalq Cəbhəsi Partiyası (Mirmahmud Mirəlioğlu), Azərbaycan Milli-Demokrat Partiyası (İsgəndər Həmidov), Gələcək Azərbaycan Partiyası (Ağasif Şakiroğlu), Ümid Partiyası (İqbal Ağazadə), Demokrat Partiyası (Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (Əli Əliyev), Ağ Partiya (Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), bir sıra digər partiyalar, habelə ictimai fəallar və ziyalı nümayəndələri qoşulub.

  • Yazılıb
  • da (də) 2019 Jul 20
  • Göndərən جهان کمالی