Tarix : 2019 Aug 19
Kod 58683

Mehriban Əliyeva şəhidlərin məzarını ziyarət etdi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim.

Arannews-Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində qeyd edib.

Məzunlarla birgə şəhidlərin məzarını ziyarət edən Azərbaycanın Birinci vitse-prezidenti bu sözləri əlavə edib:

“Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm.

Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.

Allah rəhmət eləsin.

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”

  • Yazılıb
  • da (də) 2019 Aug 19
  • Göndərən جهان کمالی