Tarix : 2019 Sep 18
Kod 58844

Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək

Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək.

Arannews-Milli Şura sentyabrın 28-də mitinqə hazırlaşır və ümid edir ki, hakimiyyət bəyan edilmiş üç yerdən birində mitinq keçirməyə icazə verəcək. Bu barədə Turan-a Xalq Cəbhəsi Partyası Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib.

Onun sözlərinə görə, Milli Şura mitinq üçün 3 yer təklif edib: "28 May" metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun qarşısı və "Nərimanov" metro stansiyasının qarşısındakı park.

Mitinq seçki islahatları, Dağlıq Qarabağ probleminin həlli, siyasi məhbuslara azadlıq, uşaq pullarının bərpa edilməsi, tibbi sığortanın tətbiqi, sənədsiz evlərə sənəd verilməsi, təbii qaz və elektrik enerjisinə qoyulan limitin ləğv edilməsi tələbi ilə keçiriləcək.

O, mitinqə icazə verilmədiyi halda hansı addımların atılacağı ilə bağlı sualın cavabında deyib ki, hələlik bu məsələ müzakirə olunmur. O, digər müxalifət qüvvələri nümayəndələrinin aksiyada iştirakına ümid etdiyini bildirib.

*Demokratik Qüvvələrin Milli Şurasına Xalq Cəbhəsi Partiyası, bir sıra ictimai və qeyri-hökumət təşkilatlarının, həmçinin tanınmış ziyalı və ictimaiyyət nümayəndələri daxildir. (Turan)


Müxalifət ümid edir ki, bəyan edilmiş üç yerdən birində mitinq keçirilməsinə icazə veriləcək
  • Yazılıb
  • da (də) 2019 Sep 18
  • Göndərən جهان کمالی