Tarix : 2019 Sep 18
Kod 58845

Köçəryan İrəvanı ikiyə parçaladı: Polis araya girdi

İrəvanda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə iddia üzrə keçirilən prosesə görə məhkəmə qarşısında keçmiş prezidentin tərəfdarları və əleyhdarları toplaşıb.

Arannews-Axar.az xəbər verir ki, bina qarşısında paralel şəkildə dayanmış dəstələrin arasına polis qüvvələri yerləşdirilib.

Məhkəmə qarşısına toplaşan Köçəryan tərəfdarları “Köçəryan qəhrəmandır!”, əleyhdarları isə “Ömürlük həbs tələb edirik” şüarları səsləndirir.

İrəvan məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı qərar qəbul edib.

Məhkəmənin hökmünə əsasən, sabiq prezident həbsdə qalıb.

Xatırladaq ki, sentyabrın 12-də keçirilən bundan əvvəlki məhkəmə prosesi zamanı aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanmış, polis bir neçə nəfəri saxlamışdı.

  • Yazılıb
  • da (də) 2019 Sep 18
  • Göndərən جهان کمالی