Tarix : 2019 Jun 24
Kod 58381

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Neçə gündür Gürcüstanda millət tökülüb küçələrə hökümətin qulağını axtarır. Parlament sədrinin qulağını burdular, sonra da qulağından tutub atdılar bayıra.
. O da qulağının qorxusundan istefa verdi. İndi də deyirlər ki, DİN rəisinin də qulağını dartmaq lazımdır. Bu həmin Gürcüstandır ki, vaxt var idi, Azərbaycanda camaat deyirdi ki, əə, ehtiyatlı olun e, Gürcüstanın gününə qalarıq birdən. İndi isə Gürcüstan nəinki demokratiyada, rüşvətxorluğu məhv etməkdə bizdən qabağa keçib, üstəlik xaqlı demokratiyadan əlavə mübariz olduqlarını da nümayiş etdirir. İndi bütün dünyanın gözü Gürcüstandadır. 
Bu yandan da digər qonşumuz Türkiyə demokratiya nümayiş etdirir. İstanbulu "kapmaq" uğrunda iqtidar-müxalifət bir-birinin ətini yeyir. Deməli, bundan əvvəlki seçkilərdə müxalifət – İmamoğlu qələbə qazanmışdı, amma iqtidar nə yapdısa seçkilərin yenidən keçirilməsi qərarı verildi. 
Deməli, Ərdoğanın bir Binəli Yıldırımı var, İldırım sürətilə kişinin başbakanlıqdan çıxarıb məclis başqanı edir, ordan da götürüb İstanbula "sürgün" eləyir. Bir dənə Binəli kişiyə o boyda Türkiyədə yer tapa bilməyir. Demokratiya buna deyərlər bax. İmamoğlu deyir ki, Ərdoğan kimdir ki, mən heç onun qapısını tanımıram. İstanbulun "babası" özüməm. Ərdoğan da ölkədə birinci adam olduğu və qanun ola bilmədiyi üçün müvafiq orqanlara iltimas edib ki, bəs nəticələrə yenidən baxılsın, arada qeyri-dürüst işlər baş vermişdir. Müvafiq orqanlar da Ərdoğanın bandası olmadığı üçün onun yalvarışlarını nəzərə alıb yenidən seçkiyə qərar veriblər.
İndi gəlin Azərbaycana baxın. Biz nə Gürcüstanıq, nə Türkiyə. Gürcüstandakı bundan əvvəlki demokratiya da, indiki xalq əzmi və iradəsi, qorxmazlığı da bizdə yoxdur. Türkiyədə baş verən hadisələr də bizdə baş verə bilmir. Çünki bizdə Türkiyə olduğu kimi bir dövlət, bir dövlət başçısı, bir də dövlət qanunu yoxdur. Bizdə bunların üçü də bir adamdır. 
Bunun da əlbəttə səbəbi var. Elə bilirsiniz ki, Gürcüstanda xalqın höküməti qəzəblənib ayağının altına alması, Türkiyədə gedən proseslər heç nədən meydana çıxıb? Yox, çünki bu ölkələrdə - Ziyafət Əsgərov – demişkən, İlham Əliyev kimi lider yoxdur. Görün hansı dövlətin başçısı DİN rəisini işdən götürüb öz yanında TX-nin katibi təyin edə bilir. Hansı prezident DTX-nin başçısını Müdafiə Sənayesi naziri təyin edə bilir? Hansı prezident ölkəsində dörd generala bu cür etimad edir?
Yeri gəlmişkən deyim ki, erməni mətbuatının Gürcüstandakı hadisələrdə Azərbaycan izinin olduğunu deyib. Bədbəxt oğlu, o məsəldə deyir e, keçəlin dərmanı olsaydı birinci öz başına yaxardı. Əgər Gürcüstandakı hadisələri Azərbaycan hökümətinin törətdiyi iddia edilirsə inandırıcı deyil. Çünki bizim hökümət, hakimiyyət qədər təmbəl, passiv, bacarıqsız, yaramaz ikinci hakimiyyət bəlkə də yoxdur. Bu hakimiyyət dəvəquşu kimi başını yerin dibinə soxub, Allahındandır ki, yaxınlığında bir hadisə baş verməsin. Sonra da çıxıb dünyaya çatdırsın ki, biz qonşuluğumuzdakı bütün dövlətlərdə sülhün, asayişin, əmin-amanlığın tərəfdarıyıq. Əgər bu işdə Azərbaycan xalqının barmağının olduğu iddia edilirsə onu da dedik, keçəl-dərman məsələsi.
Sadəcə bu şayələrin kökü ordan gəlir ki, bizim yazıq millət keçən dəfə Gürcüstandakı prezident seçkilərində də əslən azərbaycanlı olan bir nəfər namizəd olmasıyla özlərinə toxtaqlıq vermişdilər. Təsəvvür edin ki, ölkəsində hakimiyyətə də, iqtidara da, seçkilərə tüpürüb iştirak etməyən insanlar Gürcüstanda kimin prezident olmasını dörd gözlə oturub gözləyirdilər. Bilirdilər ki, orada azərbaycan əsilli bir nəfər prezident olsa gəlib bunların başına tac qoymayacaq. Sadəcə öz başlarından, taclarından, şahlarından xeyir görməyən insanlar belə etməklə özlərinə təsəlli verirdilər. İndi ermənilər də bu cəhətdən istəyirlər Gürcüstan hadisələrini bizə bağlasınlar.
  • Yazılıb
  • da (də) 2019 Jun 24
  • Göndərən جهان کمالی