Tarix : 2019 Jun 25
Kod 58383

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Ruanda Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Riçard Sezibera ikitərəfli və heyətlərarası görüşlərdən sonra birgə mətbuat konfransı keçirib

 Arannews-Türkiyə mediasına istinadən məlumatına görə, nazir Çavuşoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla G-20 çərçivəsində Yaponiyada görüşəcəkləri mövzusunda razılaşdıqlarını bildirərək, ABŞ-ın Suriyadan çəkilmə qərarı, birgə komissiya və bu çəkilmə qərarı ilə bağlı təhlükəsiz zonanın yaradılması və İdliblə yanaşı bir çox məsələnin görüşdə müzakirə olunacağını deyib.

Türkiyənin F-35 proqramının tərəfdaşı olduğuna və bu günə qədər 1 milyard dollardan artıq maddi töhfə verdiyinə diqqəti çəkən Çavuşoğlu, ABŞ-ın atdığı addımların tərəfdaşlıq müqaviləsinə və hüquqa uyğun olmadığını vurğulayıb.

Çavuşoğlu ABŞ-ın S-400 ilə bağlı mövqeyini anlamaqda çətinlik çəkdiklərinin vurğulayaraq, belə deyib:

"Türkiyə Cümhuriyyəti azad və müstəqil dövlətdir. Türkiyə Cümhuriyyəti Amerika və ya hər hansı bir ölkənin "al" dediyi zaman bir məhsulu alacağı, ya da "alma" dediyi zaman almayacağı bir ölkə deyil artıq. Buna görə də hansı sanksiya qərarı olursa olsun, Amerika nə deyirsə desin, biz S-400-ü aldıq və artıq S-400-ün Türkiyəyə nə vaxt təhvil veriləcəyi barədə danışıqlar gedir. Bununla bağlı da işlər görülür. Bizim bu prosesdən, S-400 qəbulundan imtina etməyimiz mümkün deyil. Çünki Türkiyənin təcili olaraq hava müdafiə sisteminə ehtiyacı var".

  • Yazılıb
  • da (də) 2019 Jun 25
  • Göndərən جهان کمالی