Xəbər Lenti

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Arxiv Print RSS
 
Tarix : 2019 Jul 13     |     Kod : 58491

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

İlham Əliyev İslamın sütununu sındırır, qəlbində Allah eşqi və xofu yoxdur, amma simpozum təşkil edir, çıxış edir və atasını tərifləyir.

İlham Əliyev "İslam sivilizasiyası Qafqazda" 2-ci Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Amma müraciətində elə nöqtəyə işarə edib ki, İslamın ruhuna tamamilə ziddir. O deyir: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə..." Sonrası məlumdur, yazmırıq. Çünki hər zaman bu kimi yerlərdə olduğu kimi bu çıxışda da atasını tərifləyir, on milyonluq bir xalqın əvəzindən danışıb atasını xalqın ulu öndəri kimi qələmə verir. Bu isə İslamın ruhuna, təməl prinsiplərinə ziddir. Çünki sən təəssübkeşlik edib, tayfabazlıq göstərib atanı başqalarına zorla ulu öndər, rəhbər kimi sırıya bilməzsən. İnsan atasını sevməli, rəğbət göstərməlidir. Hər kəsin atası ona əzizdir. Hətta ata kafir olsa belə müsəlman balaya onun ehtiramını uca tutmaq vacibdir. İlham Əliyev bu mənada atasına borcludur. Nə qədər istəyir atasını əzizləyə, xoş sözlərlə yad edə bilər. Amma nə din, nə mentalitet imkan vermir ki, insan öz atasını – ondan hakimiyyəti təhvil aldığı üçün – bir müsəlman xalqın ulu öndəri kimi qələmə versin. Çünki hakimiyyəti atadan təhvil alıb, xalqı döyərək zorla hakimiyyətdə qalmaq da İslamın ruhuna ziddir. Əslinə baxanda Heydər Əliyev öndər olacaq bir şey də etməyib. Sıradan bir dövlət başçısı olub. Yəni Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyev Respublikanın üçüncü prezidenti olub. Burada öndər ola biləcək bir şey yoxdur. Hansı bir dövlətdə - Azərbaycandan başqa – ölkənin üçüncü prezidenti ulu öndər hesab edilir? Üstə gəl, Heydər Əliyev ömrünü kommunist bir hökümətə sərf edib. Onun rəhbərlərindən biri hazırda yaşayan və yaşda ondan kiçik olan Mixail Qorbaçovdur. Qorbaçovu, Stalini, Lenini, Brejnevi özünə rəhbər bilən bir insan müsəlman xalqa ulu öndər, rəhbər ola bilərmi? Heç vaxt. Nə qədər ki, biz müsəlmanlar varıq Heydər Əliyev kimi insanları özümüzə rəhbər, ulu öndər kimi görməyəcək və buna etiraz edəcəyik. 

Əlbəttə, İlham Əliyev özü də gözəl bilir ki, Heydər Əliyev İslam dininə aid nə iş görübsə bunu müsəlman xalqın gözündən pərdə asmaq, güya ölkədə dini dözümlülüyün olduğunu göstərmək üçün edib. Axı onun ikinci dəfə rəhbərliyi sovet höküməti dağılandan sonra olub. Sovet höküməti isə kommunist idi və xalqı qəzəbləndirmişdi. Sovetdən qalan hər nə var idisə silib atmaq lazım idi. Bunlardan biri də dinsizlik idi. Yoxsa Heydər Əliyev İslam dininin qayğısına qalan bir insan idisə elə sovet vaxtı kommunizmdən imtina edərdi. Sovet ki, Azərbaycanı işğal etmişdi. Sovet vaxtı İslamın yayılmasına rəvac verərdi.
O da məlumdur ki, İslamı yaşamaq insanın öz şəxsinə qayıdan məsələdir. Nə Heydər Əliyev nə İlham Əliyev Azərbaycan xalqının nəzərində imanlı, mömin, namaz qılan bir bəndə kimi qalmayıb. Ola bilərdi ki, onlar dünyəvi bir dövlət başçısı olmaqlarıyla yanaşı İslami ritualları yaşayan bir ailə də olardılar. Necə Ərdoğan bütün səhv siyasətinə, sekularlığına baxmayaraq namazlarda görünür. Həmçinin Bəşər Əsəd və s. liderləri misal göstərmək olar.
İlham Əliyevin, ümumiyyətlə bu ailənin müsəlmanlığı da, İslamı da simpozumlarda, İslam həmrəyliyi oyunlarında və bu kimi bağlı, dörd divar arasında olan İslamdır. Bu da həqiqi İslam sayılmır. 
İlham Əliyev hansı İslamdan danışır ki, özü namaz qılmır. İslamın sütunu namazdır. İlham Əliyev İslamın sütununu sındırır, qəlbində Allah eşqi və xofu yoxdur, amma simpozum təşkil edir, çıxış edir və atasını tərifləyir. Bu da əlbəttə Allahın bir cəzasıdır ki, İlham Əliyev kimi adamlara bu cür yerlərdə dindən, İslamdan danışmaq qismət olmur. O, məcbur olub bu cür yerlərdə atasını tərifləyir.
Azərbaycanda İslama gəlincə, bizim ölkədə İslam ancaq bu cür insanların dilindədir. Ölkədə bir İslami, haram, riba (sələmlə) ilə işləməyən bank tapmaq olmur. İlin bütün fəsillərində açıq-saçıqlıq baş alıb gedir. Ölkənin telekanalları şərəfsizlik, alçaqlı təbliğ edir. Ruhanilər, dindarlar həbs edilir, incidilir. Aşura günü uşaqların məscidə gəlməsi yasaqlanır (eyniylə sovet təfəkkürü). Hicab qadağası məktəblərdə, ali təhsil ocaqlarında bu gün də mövcuddur. Hicablı xanılar pasport ala bilmirlər. Bütün ölkə boyu lənətlənmiş şərab evləri mövcuddur. Halbuki İslam şərabı və bütün bu naqislikləri haram buyurub. Hətta bütün bunlardan əlavə İlham Əliyevin ailəsi qorxmadan, utanmadan açıq aşkar "erməni xalqıyla yenə oturub içəcəyik" deyə bilirlər. Yəni bu ailə özü ilk öncə İslamın əleyhinə insanlardır. Onların məscid bərpa etməsi, minarə tikdirməsi, İslam oyunları keçirməsi – bütün bunlar gözdən pərdə asmaq üçündür. Bütün bunlar xarici təşkilatların təklifiylə baş verir. Yoxsa bir adam namaz qılmırsa onun dövlət başçısı olduğu bir ölkədə hansı İslamdan danışmaq olar. İlham Əliyev həmin hakimiyyətə başçılıq edir ki, Bakı "İslam mədəniyyətinin paytaxı" olanda bir sıra məscidlər dağıdıldı. Ona görə də qətiyyətlə deyirik ki, Azərbaycanda bu hakimiyyət nə qədər varsa İslamdan əsər-əlamət qalmayacaq. Çünki bu hakimiyyətin İslamı da, dini də, kitabı da ancaq puldur.


Yazılıb da (də)   2019 Jul 13  Göndərən   جهان کمالی   
PDF Çap Çap