| |
Materiallar/
Kənani: İsrail beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir
|
Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Fələstin dövlətinin yaradılmasına qarşı çıxan yeni knesset qərarına münasibət bildirərək vurğulayıb: “İsrailin aparteid rejimi özünün təkcə Fələstin xalqı üçün deyil, həm də beynəlxalq sülh və təhlükəsizliyə təhdid olduğunu dünyaya göstərdi.”
2024 Jul 19
|
Materiallar/
Kənani: BRİKS ölkələri Qərbin yaydığı yalanlarla mübarizə aparacaq
|
Xarici İşlər Nazirliyinin mətbuat katibi dedi: “Moskvanın evsahibliyi ilə keçirilən BRİKS-ə üzv ölkələrin informasiya departamentlərinin rəhbərləri və sözçülərinin iclasında müxtəlif məsələlər, o cümlədən media və mədəni əlaqələrin gücləndirilməsi, həmçinin qərb mediasının yaydığı yalanlara qarşı mübarizə istiqamətində müzakirələr və fikir mübadiləsi aparıldı.”
2024 Jul 14
|
Materiallar/
Şəhid prezidentin həyat yoldaşı müxtəlif ölkələrin prezidentlərinin xanımlarına təşəkkür mesajı göndərib
|
Şəhid Ayətullah Rəisinin xanımı Cəmilə Ələmül-hüda müxtəlif ölkələrin prezidentlərinin bəzilərinin xanımlarının həmdərdlik və başsağlığı mesajlarına cavab olaraq deyib: Xeyirxah və mehriban prezidentin məzlumcasına şəhadətindən təxminən iki aya yaxın vaxt keçir. Onun ayrılığının acısı hələ də qalmaqdadır və təəccüblüdür ki, bu, insanları onun uca məqsədlərinə çatmaq üçün daha çox çalışmağa sövq edib və şübhəsiz ki, bu faciəli hadisədə səmimi və hərarətli şəkildə dərdimizə şərik olmağınız bizimlə sizin aranızda əməkdaşlıq istəyini gücləndirib.
2024 Jul 13
| | | | | |