İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı, Amerika siyasətinin təkfirçi terrorizm və İslam dünyasında qanlı təfriqələrin yaradılması fenomeninin səbəbi olduğunu vurğulayıb. General-mayor Hüseyn Səlami, 13 aban (3-4 noyabr) Qlobal Hegemoniya ilə Mübarizə Milli Günü və Şagirdlər Günü ilə əlaqədar Tehranda ABŞ-ın casusluq yuvası (səfirlik binası) qarşısında keçirilən anma mərasimində bildirib ki, Amerika dünya sülhü, təhlükəsizliyi və dünya nizamından dəm vursa da, əslində bütün cinayətlərin, qırğınların və işğalların mənbəyidir. O, Amerikanın Xirosima və Naqasakiyə atılan atom bombaları ilə 100.000-dən çox insanın ölümünə səbəb olmasını xatırladıb.
2024 Nov 03
|