Tarix : 2010 Mar 21
Kod 16656

Mahir Cavadov: ''Mənim üçün mart hadisələri davam edir''

müsahibə internet vasitəsilə alınmışdır. Mahir müəllim Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik etdikdən sonra ona ünvanladığımız suallara belə cavab verib
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin müsahibi, 1993-1995-ci illərdə Daxili İşlər Nazirinin müavini, XTMD (OMON)-nin komandiri Rövşən Cavadovun qardaşı, bir zamanlar Xətai rayonunun prokuroru vəzifəsində işləmiş, hal hazırda Avstriyada yaşayan Mahir Cavadovdur. Nəzərinizə çatdıraq ki, müsahibə internet vasitəsilə alınmışdır. Mahir müəllim Novruz bayramı münasibətilə azərbaycanlıları təbrik etdikdən sonra ona ünvanladığımız suallara belə cavab verib.


SUAL: Vətən üçün darıxmırsınızki?

CAVAB: Əlbətdə ki, Vətənimiz üçün çox darixiram! Ona görə də Vətənimizin xaricində mənim ancaq cismim yaşayır! Ruhən mən Vətənimizi heç bir vaxt tərk etməmişəm! 1995-ci ilin iyun ayinda mən xaricə - Austriyaya siyasi sığınacaq almaq üçün gəlməmişdim, burada oxuyan oğlum Maqsudla görüşüb, Vətənimizə geri qayıtmalı idim!

Məqsədim, iqtidarla mübarizəni davam etdirmək idi. Ancaq, yerli polis məni tanıdığından, məcbur olub burada siyasi sıgınacaq istəməli oldum! Çünki, məni INTERPOL xətti ilə axtarışa vermişdilər, Austriyaya gizli, ayrı adla, saxta sənədlə gəlmişdim! Belə olduğu halda isə, siyasi sığınacaq istəmədikdə, Austriya tərəfindən həbs edilib, Azərbaycana təhfil verilə bilərdim...

SUAL: Xaricdə hansı fəaliyyətlə məşğulsunuz?

CAVAB: Xaricə gəldiyim ilk gündən, ancaq Bakıda iqtidarda olan hakimiyyətlə siyasi mübarizə aparıram və Vətənimizə qayıtmaq üçün çalışıram.

SUAL: 13 -17 mart hadisələrini yada salırsınızmı?

CAVAB: Vətənimizdəki 1995-ci il 13-17 mart hadisələri mənim üçün hələ bitməyib, o indidə mənim üçün davam edir. Və mən Vətənimizə qayıtmayınca o hadisələr mənim üçün davam edəcək!

SUAL: Qardaşınız Rövşən Cavadovu yuxuda görürsünüzmü?

CAVAB: Bəli, elə olur ki, ayda 2 - 3 dəfə qardaşımı yuxuda görürəm.

SUAL: İslama münasibətiniz necədir?

CAVAB: Mən müsəlmanam, namaz qılıram, İslami həyat tərzi ilə yaşayıram.

SUAL: Azərbaycanda baş verən hadisələri necə izləyirsiniz?

CAVAB: Mən bütün vasitələrdən istifadə edərək Vətənimizdəki hadisələri mütləq izləyirəm! O cümlədən internet vasitəsi ilə də. Məsələn "facebook" saytı vasitəsi ilə, orada mənim artıq Azərbaycandan olan 450 nəfərdən çox dostlarım var. Və onların sayı artmaqda davam edir.

azdiaspora.org - saytının "Politika i ekonomika v Azerbaydjane" rubrikasindada səhifəm var. Oradakı yazılarımı çox qısa bir müddətdə artıq 20 mindən çox insan oxumuşdur. Onlarında sayı artmaqdadır.

SUAL: Qarabağ dərdi necə, sizi narahat edirmi?

CAVAB: Əlbətdə ki, narahat edir! Çünki, mən Azərbaycan vətəndaşı olmaqla bərabər, Qarabağda anadan olmuşam, uşaqlıq, gənclik yaşlarımı orada yaşamışam və o torpaqlar uğrunda müharibə aparmışam!
Qarabağ dərdimizi həll etmək üçün, gərək Azərbaycanda iqtidarda olan qüvvələr dəyişsin!

SUAL: İslam-Azeri.az internet qəzeti vasitəsilə xalqımıza nə arzu edərdiniz?

CAVAB: Xalqımıza, düşmənlərindən və erməni millətçilərindən azad olmağı arzu edirəm.

Bizə vaxt ayırıb müsahibə verdiyinizə görə sizə təşəkkür edirik.
İslam-Azeri.az
  • Yazılıb
  • da (də) 2010 Mar 21