Tarix : 2018 Sep 14
Kod 56399

ABŞ Gürcüstanda insanlar üzərində təcrübə aparıb

“Ola bilər ki, ABŞ Gürcüstan ərazisindəki laboratoriyada insanlar üzərində gizli təcrübələr aparıb”. Bu açıqlamanı Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri İqor Qiorqadze edib.

Arannews-“Sənədlərin yalnız bir hissəsi və mənim dostlarımın Gürcüstandan təqdim etdiyi yüzlərlə, minlərlə sənədin ilkin tədqiqatı göstərir ki, Gürcüstandakı Luqar labaratoriyasında ABŞ hərbi tibbi qrupunun bioloqları və özəl podratçılar tərəfindən Gürcüstan vətəndaşları üzərində gizli təcrübələr aparıla bilərdi”,-deyə sabiq nazir vurğulayıb.

İqor Qiorqadze həmçinin deyib ki, bu tip eksperimentlərin bir sırası həmyerliləri üçün ölümlə sona çatıb.


  • Yazılıb
  • da (də) 2018 Sep 14
  • Göndərən مدير سايت Aran News