Tarix : 2019 Aug 19
Kod 58686

İran Xəzər vasitəsilə Dərbəntlə bərə nəqliyyatı edəcək

İran Xəzər vasitəsilə Dərbəntlə bərə nəqliyyatı etməyi planlaşdırır.

Arannews-FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev jurnalistlərə açıqlamasında bildirib.

"Dərbənt maqnit kimi İranı çox güclü şəkildə özünə cəlb edir və bu işləyəcək. Onlar bizimlə reysləri bərpa etməyə hazır olduqlarını bildiriblər, biz də buna qarşılıq verəcəyik  və hamı işləyəcək", - deyə Vasilyev İranla bərə nəqşliyyatı imkanları barədə sualları cavablandırarkən bəyan edib.

Qeyd edək ki, ikitərəfli münasibətlərin inkişafının müzakirəsi üçün İranın Rusiyadakı səfiri Dərbəndə yollanıb.

  • Yazılıb
  • da (də) 2019 Aug 19
  • Göndərən جهان کمالی