Tarix : 2019 Jun 09
Kod 58292

Ayətullah Amili Azərbaycan Respublikası xalqını Fitr bayramı münasibətilə təbrik edib

Ayətullah Seyid Həsən Amili Fitr bayramı münasibətilə Azərbaycan Respublikası müsəlmanlarını təbrik edib və Azərbaycanın işğal edilmiş torpaqlarının tezliklə ermənilərin əlindən azad olunmasını arzu edib.
Arannews-Qafqaz həqiqətləri” saytının verdiyi xəbərə görə, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsinin Fitr bayramı münasibətilə təbrikində deyilir:
Bismillahir-Rəhmanir-Rəhim
Çoxlu salam olsun Azərbaycan ölkəsinin əhalisinə
Allah övliyalarının bayramı olan səadətli Fitr bayramı münasibətilə iftixar və qürurla siz əzizləri təbrik edirəm. Fitr bayramı Allahın layiqli bəndələri və sadiq möminlərin əməllərinə qəbulluq möhrü vurulduğu gündür. İnşallah, siz möminlərin orucu, Quran tilavəti və duası Allah dərgahında qəbul olsun.
Mütəal Allah ilahi hədiyyə verildiyi bu gündə sizə ən yaxşılarını əta etsin və sizi şeytanın şərindən qorusun. Böyük ariflərin sözlərinə əsasən, ilin əvvəli Fitr bayramı günündən başlayır və Ramazan ayında etdiyimiz hər bir əməl kənara qoyulur, əməl dəftərimiz bağlanır və yeni il başlayır.
Mən bu yeni ildə Mütəal Allahdan Azərbaycan Respublikası xalqı üçün başıucalıq, izzət, sağlamlıq, sevinc arzulayıram və dua edirəm Qarabağ qəsbkar ermənilərdən azad olsun və Azərbaycanın qucağına qayıtsın.
  • Yazılıb
  • da (də) 2019 Jun 09
  • Göndərən مدير سايت Aran News