Tarix : 2017 Oct 20
Kod 53091

Vəkil: Bayram Məmmədovun səhhətində ciddi problemlər var

Həbsdə olan NİDA-çı Bayram Məmmədovun səhhətində ciddi problemlər var.
Aran Agentiliyi:  Bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb. Oktyabrın 19-da saxlanıldığı cəzaçəkmə müəssisəsində gənc fəalla görüşən vəkil deyir ki, onun hər iki böyrəyində iltihabi proses aşkar olunub:
“Bayrama dərmanlar yazılıb. Çalışır müalicə olunsun”. Elçin Sadıqovun sözlərinə görə, təcridxana rəhbərliyi B.Məmmədovun üzləşdiyi problemləri aradan qaldırmağa söz verib:
“Bayramın psixoloji durumu yerindədir və ona dəstək olan hər kəsə salam göndərdi”.
Bayram Məmmədov NİDA Vətəndaş Hərəkatının üzvüdür. O, digər fəal Qiyas İbrahimlə birgə ötən il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.
Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin şikayətini icraata götürüb.
  • Yazılıb
  • da (də) 2017 Oct 20
  • Göndərən مدير سايت Aran News