Tədbirin açılışını qareyi Quran Məşədi Kamal etmiş, daha sonra tədbirin aparıcısı Hacı Suleyman çıxış üçün sözü Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədova verib
Azərbaycan servisi/Aran Agentliyi
"İslam-Azeri" internet qəzetinin müxbirinin tədbirdən verdiyi xəbərə görə bu gün Bakıda Tural şadlıq sarayında İslam Peyğəmbərinin əziz qızı Həzrəti Fatimənin şəhadəti qeyd edilib.
Tədbir Azərbaycan İslam Partiyası tərəfindən təşkil edilmişdi.
Tədbirin açılışını qareyi Quran Məşədi Kamal etmiş, daha sonra tədbirin aparıcısı Hacı Suleyman çıxış üçün sözü Azərbaycan İslam Partiyasının sədri Hacı Möhsin Səmədova verib.
Partiya sədri Həzrəti Fatimə (s.ə) haqqında çıxış edərək, bəzi hədislərə işarə edib.
Tədbirə həmçinin Türkiyəli ilahiyyatçı Musa Aydında qonaq kimi iştirak edirdi. O da öz növbəsində Həzrəti Fatiməyə həsr olunan şer, nohə, hədis və Quran ayələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
"Əyyami Fatimə" tədbirində Bakının və digər rayonların mömin möminələri, həmçinin digər təşkilatların üzvləri də iştirak edirdi.