|
Materiallar/
Almaniyadakı həmvətənlərimizin keçirdiyi “Mən Zəhrayam” yürüş-mitinqindən REPORTAJ-FOTOLAR
|
"Bizim milləti dərd birləşdirir"... Bunu Düsseldorfa getmək üçün mindiyim qatarda arxa sırada əyləşən iki həmvətənimizdən eşitdim. Tez yerimi dəyişim yanlarında əyləşdim. Bonn Universitetinin tələbələri olan iki gənc Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva üçün keçiriləcək yürüş-mitinqinə gedirdilər. Əllərində də üçrəngli bayrağımız. Onlar kimi mənim də gözləntim böyük idi. Neçə gündür sosial şəbəkələrədə Almaniyada yaşayan həmvətənlərimizə bu yürüş-mitinqlə bağlı çağırışlar edilirdi. Hər kəs də qatılacağını yazırdı.
2017 Jul 16
|
Materiallar/
İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı” - REPORTAJ, FOTOLAR
|
Yasamal rayonu, Şərifzadə 174 ( yeni ünvan 610, 624) ünvanında yaşayan sakinlər heç bir sənəd və kompensasiya verilmədən binalarının sökülməsinə etiraz ediblər. Sakinlərin razılığı olmadan “Qismət-Mcontruction” MMC tərəfindən binaları hasarlanıb, söküntü işlərinə hazırlıq gedir. Şirkət nümayəndələri vətəndaşlara bunun pilot layihə olduğunu desələr də, onu təsdiqləyən qanuni sənədi sakinlərə göstərməyiblər. Bu səbəbdən də tikinti şirkətinin nümayəndələri ilə sakinlər arasında mübahisə yaşanıb. Binanın ətrafına çəkilən dəmir hasarlar sakinlər tərəfindən sökülüb.
2017 Jul 09
|
Materiallar/
BMT-nin qərargahı qarşısında Ermənistana etiraz – Foto
|
BMT-nin mənzil-qərargahı qarşısında iyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar etiraz aksiyası keçirilib.
2017 Jul 09
| | | | | |