Ölkənin qədim qəzetlərindən biri “ Məhde Azadi” qəzetidir. 500 ildən artıqdır ki, bu qəzet, ölkənin, xüsusi ilə Azərbaycanın ictimai-siyasi hadisələrində mühüm rolu var.Mühəndis Seyid Məsud Peyman həm “Məhde Azadi” adlı qəzetin, həm də “Körpü”adlı jurnalın məsul redaktorudur.bu jurnal Azərbaycan dilində nəşr olunur.
Lütfen, özünüzü oxuculara təqdim edin:
Allahın adı ilə.mən, Seyid Məsud Peyman 1321(1942)-ci ildə Marağada anadan olmuşam.hal-hazırda“Məhde Azadi” qəzetin və “Körpü” jurnalının məsul redaktoruyam. mərhum atamın vasitəsi ilə “ Məhde Azadi”qazeti nəşr olundu və mən 1329-cu(1950) ildən etibarən bu qəztin nəşrində iştirak edirəm.o dövrdə asan işlərlə, o cümlədən düzücü və çap makinası ilə məşğul olurdum.
Sonralar jurnalist, yazıçı və 40-cı ildən etibarən məsul redaktor vəzifəsində çalışdım.və hal-hazırda “Məhde Azadi” qəzetin və “Körpü” jurnalının məsul redaktoruyam.xatırlatmalıyam ki, İranda Azərbaycan dilində və latin qrafikasında nəşr olunan ilk beynəlxalq jurnal “Körpü”dür.Türkiyə və Azərbaycan respublikasında bu jurnalın özünə məxsus yeri var.
Lütfən, “Aran” müəssisəsi haqqında danışasınız?
Sovet hakimiyyəti dağıldıqdan sonra Qafqaz bölgəsinə aid mədəni və elmi tədiqat boşluğu “Aran” müəssisəsi doldurdu və biz özümüz “Məhde Azadi”qəzeti, başqa qəzetlərdə olmayan xəbərləri “Aran”dan alırıq.
Burada nəşr olunan məqalələr, əslində xalqın düşüncəsini əks etdirir.və üç aydan bir nəşr olunan “Aran” jurnalı Qafqaz məntəqəsinə aid dəyərli və elmi səviyədə olan bir jurnaldır.
Lütfen, Qafqaz ölkələri, xüsusi ilə Azərbaycanla İranın əlaqəlari haqqında danışasınız və bu ölkələrlə əlaqələrin vacibliyini izah edəsiniz?
Qafqaz ölkələri ilə İranın əlaqəsi çox önəmlidir, xüsusi ilə Azərbaycanla.əslində İran və Azərbaycan xalqı bir millət iki dövlətdir. Azərbaycanın bizdən ayırılmasına baxmayaraq gərək mədəni sahədə əlaqələrimizi genişləndirək.
Mən, bir İran vətəndaşı, Arazın şimalında olan qardaşlarımın vəziyyətindən nigaranam. Çünki neçə illər sovet hakimiyyəti altında yaşayıblar.onlar Azərbaycan xalqını təhqir ediblər.belə ki, onlar sovet hakimiyyətində paytaxta, Moskovaya getmək üçün məcburiyyət qarşısında pasport almalı idilər.... və bu gün Azərbaycan xalqı tarixi varlığını axtarmaqdadır.və biz gərək həqiqətləri onlara aydınladaq.bu məqsədə görə onlarla yaxın münasibətimiz olmalıdır.
Bu gün Azərbaycanın əhalisi(əksərən qeyri-ziyalılar)İran əhalisinə(qeyri- azərbaycanlılara)və hakimiyyətinə qarşı mənfi baxışları var.biz gərək mədəni əlaqələri genişləndirək və sovet hakimiyyətindən qalmış düşüncələrə son verək.
Hal-hazırda Azərbaycan respublikasındakı əhalinin üzləşdiyi mühüm problemlər hansılardır:
Bu gün hər bir ölkənin özünə məxsus problemləri var.Və Azərbaycan respubliksası dünyanın ən mühüm geosiyasi bölgəsidir.buna görə də düşmənlər müxtəlif yollardan istifadə edirlər ki, bu ölkəyə nüfuz etsinlər.və bunların məqsədi hər kəsə aydın.Azərbaycan xalqının ən mühüm problemi də budur.
Bu sahədə Azərbaycan xalqına İran xalqı və dövləti necə yardım edə bilər?
düşmənlər Azərbaycan respublikasında mənfi təbliğatlar aparırlar.və bu təbliğatın sayəsində Azərbaycan əhalisi iki düşmənin-Fars və Rus- olduğuna inanırlar və demək olar ki bu təbliğatlar xalqa mənfi təsir göstərib.
Biz gərək bu mənfi və yalan fikirləri Azərbaycan xalqından uzaqlaşdıraq.və tarixi həqiqətləri, xalqın həqiqi ehtiyaclarını xatırladaq.Sovet hakimiyyəti dövründə Rusiya illər boyu azərbaycanlılarla pis davranıb, buna baxmayaraq Rusiya Bakının mətbuatına və televiziya verilişlərinə nüfuz edib və çalışır ki, Azərbaycanla əlaqələrini genişləndirsin.və biz gərək bu sahədə ciddi şəkildə çalışaq və mədəni fəaliyyətlərlə Azərbaycan xalqına həqiqətləri göstərək.
İkitərfli əməkdaşlığa maneçilik törədən amillər nədir?
Qeyd etdiyimiz kimi bəzi ölkələr Azərbaycana nüfuz etməkdən məqsədi həqiqətləri təhrif etməkdir.və bu məsələ ikitərəfli əməkdaşlığa maneçilik törədir.
Həmçinin Azərbaycan respublikasında Şimal və Cənubi Azərbaycan sözlərindən istifadə edilməsi və bir sıra qeyri-elmi çıxışlar ikitərəfli əlaqələrin genişlənməsinə maneçilik törədir.
İran və Azərbaycan əlaqələrinin genişlənməsinə dair sizin nə fikriniz var?
Biz birinci mədəni fəaliyyətlərə üstünlük verməliyik.iki ölkənin xalqı, xüsusi ilə ziyalılar və jurnalistlər həqiqətləri bilməlidirlər.biz düşmənlərin təbliğatlarına aldanmamalıyıq. mədəni fəaliyyətləri genişləndirmək üçün güclü potensiallarə sahibik.
Azərbaycan xalqı İranın gözəl şəhərlərini görməyə çox maraqlıdırlar.onlar Şəhriyarı sevirlər və...
iki xalqın münasibətlərini genişləndirmək üçün Mətbutat və tele-kanallar ne etməlidirlər?
Qeyd etdiyim kimi mədəni fəaliyyətlər iki ölkənin yaxınlaşmasına səbəb ola bilər. İran İslam Respublikasında bütün mətbuatlar və tele-kanallar Azərbaycanda mənfi təbliğatın qarşısını almaq üçün fəaliyyət göstərməlidir.əlbətt bu iş asan deyil.
Niyə Azərbaycan respublikasında mətbuatın əksəriyyəti İrana qarşıdır?
Bütün ölkələrdə, xüsusi ilə inkişaf da olan ölkələrin əksər mətbuatı, hətta hakimiyyətə qarşı olan mətbuatlar, dövlətin istəyinə əsasən hərəkət edirlər.və sionist rejimi ilə bu qəzetlərin əlaqələrini nəzərdə almalıyıq.
müstəqilliyin ilk günlərində Azərbaycanda İrana qarşı yürüdülən mənfi təbliğatlar bu mövzuya aid səbəblərdən biridir.
Bir sıra münasibətlərə görə Azərbaycan respublikasına səfər edirsiniz, lütfən, bu respublikanın nəşriyyatı haqqında danışasınız?və bu haqda xatirəniz varsa, buyurun:
“Körpü”jurnalı Azərbaycan dilində və latin qrafikasında nəşr olunduğu üçün Azərbaycan respublikasına səfər edirəm.və bəzi vaxtlar bu respublikanın qəzetlərinə müsahibə verirəm.demək olar ki bu jurnal İranın bir sıra həqiqətlərini Azərbaycan mətbuatına göstərə bilib.
Sizə bir xatirə danışım: səfərlərin birində bir qəzetin məsul redaktoru məndən soruşdu ki, indiyə kimi Məşhədə səfər etmişsən?cavabında dedim: bir neçə ay bundan öncə Məşhədə getmişdim. bu sözü eşidən kimi mənə yaxınlaşdı, inanın paltarlarımı ziyarət edənlər kimi öpüb iyləyirdi.və paltarlardan Məşhədin ətri gəldiyini söyləyirdi.
Buna bənzər çoxlu hadisələr olub və bu xalqın əhli-beytə olan eşqini göstərir.
vaxtınızı bizə ayırdığınıza görə sizə təşəkkür edirik, bir sözünüz varsa, buyurun?
Mən sizə və bütün əməkdaşlarınıza təşəkkür edirəm.ümid edirəm işlərinizdə uğurlu olasınız. Və o ölkənin əhalisinə tarixi həqiqətləri çatdırasınız.