Mayın 27-də Bakıda Şəhriyar sarayında və orada yaşayan iranlıların hüseyniyyəsində Həzrət Fatimə Zəhra (s.ə)-in şəhadətinin ildönümü münasibətilə matəm mərasimləri keçirilib
Azərbaycan servisi/Aran Agentliyi
Mayın 27-də Bakıda Şəhriyar sarayında və orada yaşayan iranlıların hüseyniyyəsində Həzrət Fatimə Zəhra (s.ə)-in şəhadətinin ildönümü münasibətilə matəm mərasimləri keçirilib.
İİR-nin Bakıdakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə səfirlik diplomatları və mədəniyyət nümayəndələri və Bakıda yaşayan iranlılar, həmçinin bu ölkədə digər dindar qruplar və Əhli-Beyt tərəfdarlarının iştirakı ilə bu mərasim keçirilib.
Mərasimdə azərbaycanlı bir şair İslam peyğəmbəri Həzrət Rəsul Əkrəm (s.ə.)-in əziz qızı xanım Fatimə Zəhra (s.ə)-in vəsfində şerlər söyləyib.
Mərasimin davamında İİR-nin Bakıdakı səfirliyi attaşesinin nümayəndəsi İbrahim Nuri, habelə Vəli Fəqihin ostandakı nümayəndəsi və Ərdəbilin imam camaatı olan Höccətül-islam Seyyid Həsən Amoli Həzrət Fatimə Zəhra (sə)-in əxlaqi xüsusiyyətləri və o həzrətin islam tarixində durduğu yüksək mövqeyinə işarə edərək onu bütün müsəlmanlar, xüsusilə də xanımlar üçün bariz bir nümunə adlandırıblar.