hakim Zülfüqar Sadıqovun sədrlik etdiyi məhkəmə iddiaya aidiyyəti üzrə baxılması üçün işin 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib
Azərbaycan Servisi/Aran Agentliyi
Suraxanı rayon Məhkəməsində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin mərkəzində yerləşən "Fatimeyi Zəhra (s.ə.)" məscidinin fəaliyyətinə dair Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası üzrə məhkəmə baxışı keçirilib.
Məhkəmədən verilən məlumata görə, hakim Zülfüqar Sadıqovun sədrlik etdiyi məhkəmə iddiaya aidiyyəti üzrə baxılması üçün işin 1 saylı Yerli İqtisad Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, "Fatimeyi Zəhra (s.ə.)" məscidi 2 aya yaxındır ki, təmir olunmaq üçün bağlanıb, lakin bu müddətdə məscidin nə daxilində, nə də xaricində hər hansı bir təmir-tikinti işləri aparılmayıb. Ötən həftənin cümə günü zöhr namazından qabaq isə Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsi tərəfindən məscidin qapıları möhürlənib.