Dekabrın 6-sında günorta saatlarında Suraxanı rayon Yeni Günəşli qəsəbəsi, V massivində yerləşən “Fatimeyi-Zəhra”(s.a.) məscidinə qaz nəqli dayandırılıb
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi xəbərə görə, Dekabrın 6-sında günorta saatlarında Suraxanı rayon Yeni Günəşli qəsəbəsi, V massivində yerləşən “Fatimeyi-Zəhra”(s.a.) məscidinə qaz nəqli dayandırılıb.
Belə ki, Suraxanı rayon qaz istismar idarəsinin işçiləri təxminən 20 nəfər polisin nəzarəti altında məscidə gedən qaz borusunu kəsiblər.
Dövlət idarəsinin belə hərəkəti ətrafda yaşayan dindarlar tərəfindən kəskin etirazla qarşılanıb.
Möminlər təkbir sədaları səsləndirərək Allah evi ilə düşmənçilik edənləri vicdanlı olmağa və Allahın qəzəbindən qorxmağa çağırıblar.
Qeyd edək ki, Noyabrın 25-dəki apelyasiya məhkəməsi zamanı bütün dəlillər məscid icmasının xeyrinə olduğu halda hakim məscidin sökülməsi qərarını qüvvədə saxlayan hökm çıxarmışdı.