Tarix : 2011 Jan 27
Kod 21009

ATƏT: Parlament seçkiləri qeyri-demokratik olub

Yerli mənbələr bildirirlər ki, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu bir hesabat yayaraq bildirib ki, seçkilər prosesi həm seçkiöncəsi
Azerbaijan servsi/Aran agentliyi

Səhər TV-Azərbaycan Respublikasında 4-cü parlament seçkilərinin keçirilməsindən təqribən 4 ay sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı seçkilərin bütün mərhələlərinin qeyri-demokratik olduğunu bildirərək, seçkilərin nəticəsini tanımaqdan çəkinib.

Yerli mənbələr bildirirlər ki, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu bir hesabat yayaraq bildirib ki, seçkilər prosesi həm seçkiöncəsi, həm seçki, həm də seçkilərdən sonrakı mərhələlərində ciddi saxtakarlıq və qanun pozuntuları ilə yanaşı olub. Bu hesabata görə, parlament seçkiləri Avropa standartları və Azərbaycan Respublikası qanunları ilə tam təzadda olub.

ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun bəyanatında həmçinin deyilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası puç və qondarma bəhanələrə üz tutaraq, müxalifətdə olan namizədlərin təqribən yarısının qeydiyyata alınması ilə müxalifət edib. Nəticədə seçkilərdə yalnız hakim partiyanın üzvləri və hökumət tərəfdarı olan namizədlərin iştirakına şərait yaradılıb.

Bu hesabatda bəzi seçki dairələrində beynəlxalq və yerli müşahidəçilərin polis və təhlükəsizlik qüvvələri tərəfindən təhdidlərlə üzləşdiyi və onlara təzyiqlərin edildiyi də qeyd olunub. Belə ki, bu təzyiq və hədələr nəticəsində onlar öz vəzifələrini tam formada icra edə bilməyiblər.

ATƏT-in Demokratiya və İnsan Haqları Bürosunun bəyanatında hakim partiyanın namizədlərinin dövlət televiziyası və digər media vasitələrindən özlərini təbliğ etmək üçün su-istifadə etmələrinə işarə olunub və bildirilib ki, televiziya vasitəsi ilə ödənişsiz təbliğat zamanı çoxluq prinsipinə əhəmiyyət verilməyib və müxaliflərə qarşı hədə-qorxular səsləndirilib.

Bu hesabatda həmçinin bildirilir ki, 124 seçki dairəsinin 63-də bir nəfərin bir neçə dəfə səsvermədə iştirak etməsi çox aydın formada müşahidə olunub. 152 seçki məntəqəsində isə verilmiş səslərin sayı ilə bağlı elan olunan rəqəmlər ATƏT müşahidəçiləri tərəfindən aparılan araşdırmaların nəticəsi ilə heç bir uyğunluğa malik olmayıb.

Hesabatın sonunda isə deyilir ki, əlaqədar hökumət orqanları heç bir səbəb göstərmədən şikayətlərlə bağlı real araşdırma aparmaqdan çəkiniblər və seçkilər tam olaraq hakim partiyanın nəzarət altda keçirilib.

Ötən ilin noyabrında Azərbaycan Respublikasında keçirilən Parlament seçkilərində 2500 nəfərin iştirak etməsinə baxmayaraq, müstəqil və islamçı qüvvələrin namizədliklərinin qeydiyyata alınmaması ilə seçkilər praktiki olaraq heç bir rəqabətin olmadığı bir atmosferdə keçirilib.

Siyasi müşahidəçilər Azərbaycan Respublikasında qərbyönlü partiyaların xalq bazasına malik olmadıqlarını nəzərə alaraq bildirirlər ki, müstəqil və islamçı qüvvələrin seçkilərdən kənarlaşdırılması ilə seçkilərdə hakim partiya rəqibsiz iştirak edib. Və məlum məsələdir ki, belə olan halda hakim partiyanın qələbə çalması seçkilərin yeganə nəticəsi ola bilərdi.

Bu "maraqlı" seçkilərin ardınca Azərbaycan Respublikasında hicaba qarşı təzyiqlər genişlənib.

  • Yazılıb
  • da (də) 2011 Jan 27