Tarix : 2013 May 12
Kod 38064

“Azərbaycanlı vəhabilər zəhmət çəkib Qarabağda cihad etsinlər”

''Bizdə bir məsəl var. Deyir cəhənnəmə gedən özünə yoldaş axtarır''
/Aran Agentliyi

"Bizdə bir məsəl var. Deyir cəhənnəmə gedən özünə yoldaş axtarır"

HaqqYolu - Politoloq Zərdüşt Əlizadə əslən azərbaycanlı olduğunu bildirən terrorçuların Suriyadakı müharibə üçün Azərbaycanı “cihad”a səsləməsinə etiraz etdi.

Bir neçə gün bundan əvvəl ”Youtube” video paylaşım şəbəkəsində əslən azərbaycanlı olduğunu bildirən terrorçular Suriyadakı müharibə ilə bağlı Azərbaycana çağırışlar edib. Politoloq Zərdüşt Əlizadə Azadxeber.net internet qəzetinə bu hadisələrə aydınlıq gətirdi:

“Bizdə bir məsəl var. Deyir cəhənnəmə gedən özünə yoldaş axtarır. Deməli, İsrail Suriyanı bombalayır, Əl-Qaidə və bütün ərəb dünyasından terrorçular yığılaraq gəlib Qərbin və Qərbin müttəfiqlərinin pulu ilə Suriya hökumətinə qarşı vuruşurlar və bunu da cihad adlandırırlar. Bəs, əgər müsəlman torpaqlarını işğal edənlərə qarşı müharibə cihad sayılarsa, müsəlman hökümətinə qarşı mübarizə də cihaddır? Yəni, əgər cihaddırsa azərbaycanlı islamçılar zəhmət çəkib Qarabağda cihad etsinlər. Mən anlamıram bu cihadı… Cihada görə pul verməzlər. Mən hesab edirəm ki, müsəlman dünyasında ən mürtəce və ən antidemokratik iki quruluş var. Biri Səudiyyədir, digəri isə Qatar. İkisi də, Qərbin ən yaxın müttəfiqidir. Onlar da əgər cihada çağırırlarsa, mən artıq bu cihada şübhə ilə yanaşıram. Mənə elə gəlir ki, azərbaycanlı islamçılar bu məsələyə qarışmamalıdırlar. Nəfsə qarşı cihadla, ədalət naminə cihadla məşğul olsunlar. Odur ki, əlinə silah götürüb müsəlman müsəlmanı qırmamalıdır. Buna cihad deməzlər.

Bu gün Azərbaycandakı vəhabilər heç bir gücə malik deyillər. Sayları isə çox azdır. Barmaqla sayılacaq qədər azdılar. Onların cəmiyyətdə bir o qədər də nüfuzu yoxdur. Buna görə də vətənpərvərlik ruhunu öldürməkdə onlar real təhlükə deyillər.”

 

  • Yazılıb
  • da (də) 2013 May 12