Arannews- Azərbaycanda vətəndaş cəmiyyətinə güclənən
təzyiqlərə dair beynəlxalq bəyanat.
9 oktyabr 2013-ci ildə Azərbaycan Respublikası Prezidentliyinə
keçirilən seçkilərdən sonra vətəndaş cəmiyyəti institutlarına təzyiqlər
artmaqdadır. Belə ki, insan haqlarının
durumunu yaxından izləyən və müşahidə edən yerli və beynəlxalq təşkilatlara
hakmiyyətin barışmaz münasibəti daha da güclənib. Televiziyalar seçkinin şəffaf
və ədalətli şəraitdə keçmədiyini bəyan edən beynəlxalq təşkilatlara, xüsusən də
ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosuna qarşı bütün resurslardan istifadə etməklə təhqirlər və təhdidlər
yağdırır. Hakimiyətin ilk repressiv
addımları məhz prezident seçkilərini
müşahidə etmiş və coxsayl secki
pozuntularını əks etdirən prinsipial rəylərlə cıxış edən yerli təşkilatlara qarşı başlayib."
Bu sözlər Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti
Forumunun bəyanatındandır. Bəyanatda daha sonra deyilir: "Azərbaycanda bu
il prezident seçkiləri ərəfəsində və
dövründə xeyli sayda fəal insan təzyiqlərə məruz qalıb, jurnalistlər , hüquq
müdafiəçiləri və siyasi fəallar narkotik maddələrin satışı, qanunsuz silah
saxlama və sair uydurma səbəblərə görə həbs olunublar. Seçki prosesini Azərbaycanın bütün ərazilərində
müşahidə edən yerli təşkilatlar - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi
Mərkəzi və Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi seçki sonrası
dövrdə ciddi təzyiqlər və təhdidlərlə üzləşib. Belə ki, oktyabrın 27-dən etibarən
bu təşkilatlara rəhbərlik edən şəxslər Baş Prokurorluğun Ağır Cinayətlərə dair
İşlər İdarəsinin qaldırdığı cinayət işinin istintaqına cəlb olunublar.
Oktyabrın 31-də isə bu təşkilatların ofislərində axtarış aparılaraq, 20-dən
artıq qovluqda müxtəlif sənədlər, o cümlədən maliyyə və proqram sənədləri, həmçinin
iki ədəd kompüter götürülüb.
Hakimiyyət həmçinin “Azadliq” və “Yeni Musavat” qəzetlərinə təqib kapaniyasına start verərək,
bu qəzetlərin satışı və fəaliyyətini məhdudlaşdıran təzyiqlərə rəvac verib. Bu
günlərdə həmçinin “Qanun” nəşriyyatında vergi yoxlamaları başlayaraq, nəşriyyatın
kompüterləri və sənədləri müsadirə olunub,
nəşriyyatın işi iflic vəziyyətinə salınib.
Qanunun aliliyi təmin olunmayan Azərabycanda fəaliyyət
göstərən müstəqil QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması məqsədilə hakimiyyətin
mövcud qanunvericiliyə yeni dəyişikliklər
etməsi barədə təkliflər səslənir. Belə ki, müxtəlif mənbələrdən verilən məlumatlara
görə, Azərbaycan parlamentinə QHT-lərlə bağlı qanunvericliyə yeni mürtəce əlavə
və dəyişikliklər hazırlanıb qəbul olunması üçün layihələrin təqdim edilməsi
planlaşdırılır.
Avropaya inteqrasiyanı qarşıya məqsəd qoyan, Şərq Tərəfdaşlıq
Təşəbbüsünə qoşulan Azərbaycan Avropa Birliyinə daha da yaxınlaşmağı, sabitlik,
yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi bəyan edib. Demokratiya,
qanunun aliliyi, insan hüquqları və əsas azadlıqlara hörmət, bazar
iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərin ölkədə güclənməsini öhdəlik
kimi götürən Azərbaycanda vətəndaş cəmiyyəti gündən-günə ciddi çətinliklər və məhrumiyyətlə
üzşləşir. Belə ki, Azərbaycanda ifadə azadlığı mühitinin olduqca təhlükəli
durumda olması, sərbəst toplaşmaq və birləşmək azdlığının ciddi məhdudiyyətlə
üzləşməsi, hakimiyətdən fərqli mövqedə olanların ciddi diskriminasiya və təzyiqlərlə
məruz qalması, xüsusi xidmət orqanlarının şəxsi həyata qanunsuz müdaxilələri,
sifarişli siyasi həbslər və işgəncələrin
davam etməsi, mülkiyyət hüquqlarının ciddi şəkildə pozulması, dini etiqad
azadlığına qarşı basqılar və vətəndaş cəmiyyətinə iqtidarın digər
basqıları Azərbaycanda ciddi problem
olaraq qalır. Bu gün Azərbaycan həbsxanalarında onlarla jurnalist, hüquq müdafiəçisi
və diqər siyasi məhbuslar saxlanılır. Onlardan 18 nəfər Amnesty İnternational tərəfindən
vicdan məhbusu kimi tanınb
Vətəndaş cəmiyyətinə olan bütün bu basqılar Azərbaycanın Avropaya inteqrasiyası
perspektivini ciddi təhlükə altına alır
. Biz hesab edirik ki, siyasi repressiyaların qüclənməsi, insan hüquq və
azadlıqlarının kütləvi şəkildə pozulması
Şərq Tərəfdaşlığının yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etmək,
demokratiya, qanunun aliliyi, fundamental insan hüquq və azadlıqlarına hörmət,
bazar iqtisadiyyatı və davamlı inkişaf kimi təməl prinsiplərinə ziddir.
Odur ki, Milli Platforma BMT, Avropa Birliyi, ATƏT,
Avropa Şurasını Azərbaycandakı mövcud vəziyyəti daha yaxından izləyərək
yaranmış təhlükəli durumla bağlı Azərbycan hakimiyyətindən insan haqları sahəsində
ölkənin beynəlxalq öhdəlilkərini yerinə
yetirməyi tələb etməyə cağırır. Milli Platforma, həmçinin Avropa Birliyi ilə Şərq
Tərəfdaşlıq ölkələrinin noyabrın sonunda keçiriləcək Vilnus sammitində yuxarıda
göstərilən məsələlərin, xüsusən də vətəndaş cəmiyyəti və mediaya təzyiqlərin
aradan qaldırılması üçün çağırışlar ediləcəyinə ümid edir."