Tarix : 2014 Dec 30
Kod 45102

Keçmiş ildə İran-Azərbaycan münasibətlərinə otəri bir baxiş

Tehran-Bakı münasibətlərinin gərgin olduğu bir dövrdə İranda prezident seçkiləri keçirildi və doktor Həsən Ruhani xalqın seçdiyi bir prezident kimi iş başına gəldi.

AranNews- İranın yeni dövlətinin xarici siyasəti ilk mərhələdə qonşu ölkələrlə münasibətləri genişləndirmək və gücləndirmək üzərində quruldu. Bu siyasət proqramı çərçivəsində Həsən Ruhani Davosda baş tutan Dünya İqtisadi Formunda Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirdi. Bu ikitərəfli görüşdə Tehran-Bakı münasibətlərinin yenidən başlanmasına təkid edildi .
Azərbaycan prezidenti İ. Əliyev İran prezidentinin dəvətini qəbul edərək 2014-cü ilin mart ayında Tehrana səfər etdi. Bu səfərdə iki ölkə başçıları öz ölkələrinin maraqlarında dayanan bütün məsələləri nəzərdən keçirdilər, iqtisadi məsələlərdə, xüsusilə də enerji, qaz, elektrik və texnologiya sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi apardılar. Bu səfərdə iki ölkə arasında dörd əməkdaşlıq sənədi imzalandı. Onlardan ən önəmlisi Ordubad-Marazad Su Elektrik Stansiyasının tikintisi və istismarı barədə əməkdaşlıq müqaviləsinin imzalanması oldu .
Eyni zamanda İran-Azərbaycan ortaq mədəni-iqtisadi əməkdaşlıq komissiyasının 9-cu iclası avqustun 5-də Bakıda öz işinə başladı. İranın Rabitə və İnformasiya Texnologiyaları naziri doktor Mahmud Vaizi Tehranın Bakıya səfər heyətinə başçılıq edirdi. Ekspertlər bu iclasın uzun müddət donduqdan sonra yenidən baş tutmasını hər iki ölkə üçün əhəmiyyət kəsb edən bir görüş kimi dəyərləndirirdilər. İclasda İran və Azərbaycanın müxtəlif iqtisadi sahələrdə əməkdaşlığı barədə müzakirələr aparıldı. Sonda isə iki ölkə arasında iqtisadi, ticari və mədəni əlaqələr barədə müqavilələr imzalandı. Bu sənədlərə əsasən, tərəflər sənaye, enerji, kənd təsərrüfatı, suvarma və su təchizatı, nəqliyyat, rabitə və yüksək texnalogiya, investisiya qoyuluşu, ticarət, turizm, təhsil və digər sahələrdə birgə əməkdaşlıq edilə bilinəcək. Sözü gedən iclasın önəmli razılaşmalarından biri də Biləsuvar gömrük keçid məntəqəsinin 24 saat müddətində işləməsi və İran vətəndaşlarının Naxçıvan MR-na məhdudiyyət olmadan gediş-gəlişi oldu. Bundan qabaq İran vətəndaşlarının Naxçıvana səfəri 15 gün müddətində olmalı idi və viza almaq üçün Azərbaycanın Təbrizdəki konsulluğuna gedilməli idilər. Lakin bu razılaşmaya əsasən, səfər müddəti 30 günədək artırıldı və vizanın gömrükdə verilməsi nəzərdə tutuldu, həmçinin vizanın da dəyərinin hər nəfər üçün 25 avrodan 10 avroya salınması qərara alındı .
İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Bakıya səfərində İlham Əliyevlə görüşdü. Bu görüşdə Mahmud Vaizi bildirdi ki, Azərbaycan prezidentinin Tehrana səfəri və Davosda prezident Həsən Ruhani ilə görüşməsinin, sərfəli danışıqlar aparılmasının ardınca Həsən Ruhani öz idarə heyətinə tapşırmışdır ki, Azərbaycanla münasibətlərin genişləndilirləməsi və güclənməsi və əməkdaşlıq sahəsindəki maneələrin aradan qaldırılması üçün çalışsınlar. İ. Əliyev də öz növbəsində bildirdi ki, iki ölkənin çoxlu mövcud potensiallarından istifadə etməklə regionda güclü müttəfiqlərə çevrilə bilərlər. Həmçinin prezident özünün Tehrana uğurlu səfərinə də toxunaraq onun səmərəli nəticələrindən və gələcəkdə daha səmərəli nəticələr əldə edə biləcəklərindən danışdı. O, İran prezidentinin də Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu bildirdi .
Azərbayacan prezidentinin Tehrana səfərinə cavab olaraq İran prezidenti doktor Həsən Ruhani 2014-cü ilin noyabr ayında Bakıya səfər etdi. Ekspertlər payızın bu soyuq günlərindəki səfəri Tehran-Bakı münasibətlərinin baharı adlandırdılar. İnformasiya və kommunikasiya texnologiyaları, iqtisadiyyat,  poçt, bərpa olunan enerji, sərhəd çayları kimi beş sahədə əməkdaşlıq İlham Əliyev və Həsən Ruhaninin iştirakı ilə iki ölkənin yüksək çinli rəsmiləri tərəfindən imzalandı .
Siyasi təhlilçilər Tehran-Bakı münasibətlərinin yaxşılaşmasına nikbin baxsalar da belə nəzərə gəlir ki, bu hədəfə çatmaq üçün çox uzun bir yol keçilməlidir və hələ də İran və Azərbaycan arasında güvənsizlik divarı tamamilə aradan qalxmayıb. Bu iki ölkə arasında münasibətlərin genişlənməsinin maneələrini regional və transregional amillərdə axtarmaq lazımdır. Regional baxımdan Qarabağ böhranı və Azərbaycanın İranı Etmənistanı himayə etməsində ittiham etməsi, pantürkizm təfəkkürü, bəzi azəri dairələr tərəfindən Böyük Azərbaycan planı, Xəzər dənizinin statusu, transregional baxımdan isə Bakının ABŞ və sionist rejiminin Cənubi Qafqazda iştirakını müsbət qarşılaması və İranın ABŞ və sionist rejiminin nüfuzunun Cənubi Qafqazda genişlənməsindən qorxusu, nəhayət, Bakının NATO-nun şərqə ayaq açmasını müsbət qarşılaması Tehran-Bakı münasibətlərini əngəlləyən amillərdir. Qeyd edilən mövzulara diqqət etməklə demək olar ki, İran-Azərbaycan münasibətləri mümkün potensiallardan yararlanmaqla yanaşı əsaslı qarşılıqlı problemlərlə üzləşəcəklər. Xəzər dənizinin hüquqi statusu, İranın Ermənistanla əlaqələri, Azərbaycan tərəfindən islamçı şiələri və islami şiə hərəkatlarını sıxışdırmaq, Azərbaycan dövləti tərəfindən vahid Azərbaycan mövzusunu irəli sürmək, Azərbaycanın ABŞ-a yaxınlaşması anlaşılmamazlığa səbəb olacaq və iki ölkə arasında eniş-yoxuşlar yaradacaq, münasibətlərə öz təsirini qoyacaq .
Aydındır ki, bu mövzuların şərait və durumunun dəyişməməsi, yaxud iki ölkə siyasətçilərinin bu mövzulara nisbət fikirlərinin dəyişməməsi qeyd edilən kataqoriyaların iki ölkə münasibətlərində öz təsirini qoymaqda davam edəcəyinə səbəb olacaq .

Əli Heydəri Munəvvər

  • Yazılıb
  • da (də) 2014 Dec 30