Tarix : 2015 Aug 27
Kod 46378

Türkiyədə polisə növbəti hücum olub

Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb.

Arannews-Türkiyənin Osmaniyə, Qaziantep və Van şəhərlərində polis PKK terrorçularının hücumuna məruz qalıb .

Osmaniyə şəhərində terrorçular patrul vəzifəsi icra edən xüsusi hərəkat polislərinə hücum ediblər .

Ölən və yaralananların olmadığı hadisənin ardından qısa müddətli qarşıdurma yaşanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyat başlayıb .

Eyni zamanda PKK terrorçuları Qaziantep şəhərində polis bölməsini atəşə tutublar. Bölmənin yaxınlığında terrorçulara məxsus avtomobildə silah-sursat aşkar edilib. Hazırda hücumu törətməkdə şübhəli bilinən 3 nəfərin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir .

Vanda isə polis avtomobilinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Hücumu törədən PKK silahlılarının tapılması üçün genişmiqyaslı əməliyyat hazırlanıb .

  • Yazılıb
  • da (də) 2015 Aug 27