Azerbaijan Servisi/Aran Agentliyi
Yer: Təbriz şəhəri
Salaməleyküm.sözümü o Allahın adı ilə başlayıram ki, İnsana" Ağıl" və "İxtiyar"verərək, başqa məxluqlardan üstün yaratdı.Vaxtınızı aldığım üçün, öncədən üzr istəyirəm.bir neçə mühüm mövzu haqqında sizinlə danışmaq istəyirəm.
Cənab İlham Əliyev, mən İranlı müsəlman bir Azəriyəm.bu məktubu Təbriz şəhərindən yazıram.mən, özümü müxtəlif amillərdə, o cümlədən tarix, mədəniyyət, dil, din, məzhəb və ... siz ilə və Azərbaycan xalqı ilə ortaq görürəm və bu ortaqlığa görə, Azərbaycanın dil, din, varlıq, tarix və ərazi bütövliyinə məsuliyyət hiss edərək, bu məktubu sizə yazıram.
Cənab İlham Əliyev, əgər razısınız sa, keçmiş tarixə ötəri bir nəzər salaq.bilirsiniz ki, 180 il bundan öncə ulubabalarımız bir vətəndaş kimi İran adlı ölkədə yaşamışdılar.sizin ulubablarınız böyük İranın Araz çayının şimal hissəsində - o dövürdə Aran adlanmışdır- yaşamışdılar.bizim ulubabalarımız isə Arazın cənubunda, yəni Azərbaycanda yaşamışdılar.onlar kədərli və sevincli anlarda bir-birlərinin yanındaydılar və din, məzhəb, milliyət, dil, mədəniyyət, adət, ənənə və...ortaq idilər.böyük İranın ərazi bütövlüyünü qorumaq üçün, birlikdə İranı müdafiə etmişdilər.1813, 1828-cı illərin müqavillələri əsasında İranın bir hissəsi, o cümlədən Arazın şimal əraziləri Ana vətəndən ayrıldı və beləliklə, Arazın iki sahillərinin xalqları arasında ayrılıq düşdü.əlbəttə, bizim ulubabalarımız çox çalışdılar ki, bu ayrılığa son qoysunlar.təəssüflə, müstəmləkə siyasətlərin və qüvvələrin sayəsində bir nəticə əldə edilmədi.
Cənab Əliyev, istəyirəm nümunə olaraq, ulubabalarınız hərəkatını sizə xatırladam.Naxçıvan xalqının əksəriyyəti-Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyevin doğulduğu yer- İran ölkəsinə birləşmək üçün, 89 il bundan öncə, 1919-cu ilin aprelində İran konsulluğunun önünə toplaşmışdılar.onlar"Yaşasın İran Dövləti"şüarı səsləndirərək, Ana vətənə, İrana birləşmək istəmişdilər.bu yığınacaq bir neçə gün davam etmişdir.Naxçıvan xalqı, məhəlli orqanların rəisləri və polis bölmələrin rəisi İran dövlətinə, şaha, xarici səfirlərə, Amerika prezidentinə və başqa orqanlara müraciət edərək, İran ölkəsinə birləşmələrini istəmişdilər.onlar hər yerdə qeyd etmişdilər ki,-"İran soylu və müsəlmandılar.92 ildi ki, zorla İrandan ayrılıblar".belə bir şəraitdə, Naxçıvanın məhəlli hakimləri, ocümlədən Qoşun başçısı:Kəlbəli xan, Hökumət rəisi:Sültan ov, Baş qərargahın rəisi: Hac Həsənəli Qurban ov, və bir neçə nüfuzlu şəxslər tərəfindən bir qətnamə hazırlanıb, imzalanmışdır. Bu qətnaməyə əsasən, onlar İranlı və İran soylu olduqlarını qeyd etmişdilər.bu arada bir heyət, Şeyx Əbdülcəbbar Bəktaş, Mehdi Qulu xan Diyarbəkri, Seyid Baqır Heydərzadə, Hüseynağa Növrüzzadə Təbriz şəhərinə göndərildi.bu heyət İranlılara müraciət edərək, 92 il zor gücü ilə qardaşlarından ayrı düşdüklərinə görə, peşmançılıq hissi keçirdiklərini bəyan etmişdilər.əlbəttə, xarici qüvvələrin səyi nəticəsində bu hərəkatın bir nəticəsi olmamışdır.
Cənab İlham Əliyev, Sovet ölkəsi dağıldıqdan sonra və Azərbaycan respublikası müstəqilliyini əldə etdiyi zaman İran xalqı, xüsusən Təbriz əhalisi bu istiqlaliyyətə sevindi.lakin, 17 il bu müstəqillikdən ötüb və xalqın sevinci, iztirab və narahatlığa çevrilib.bu narahatlığın səbəbi aydındır.İran xalqı istəyir ki, Azərbaycan xalqı hər tərəfli inkişaf etsin.amma Azərbaycan dövlətinin siyasəti bu istəyə qarşıdır.necə ki, Azərbaycan respublikasının xalqı özlərinin və ölkələrinin taleyini düşünürlər, İran xalqı da onların taleyini düşünür.
Cənab İlam Əliyev, sizin dövlətiniz qonarma rejim və işğalçı İsraillə əlaqə yaratması, Qarabağ əhalisinin naməlum vəziyyəti, Azərbaycan dövlətinin siyasəti nəticəsində xalqın tarixi mahiyyətinin pozulması, Azərbaycanda müxtəlif milli azlıqların, o cümlədən Talışların acınaqlı vəziyyəti, dəfələrlə əlifba dəyişərək, Azərbaycan cavanlarının əlaqələri keçmiş nəsl ilə kəsilməsi, dini fəaliyyətlərin məhdudlaşması, Azərbaycanda din və məzhəbin rolunu azatmaq üçün müxtəlif orqanların fəaliyyətləri, Azərbaycan dövləti tərəfindən İran xalqının əleyhinə bir sıra işlərin görülməsi,...
bu işlər səbəb olub ki, İran xalqı Azərbaycan xalqının taleyini düşünsün.
Əliyev cənabları, siz bir ölkənin prezidentisiniz ki, oranın 90% -dan çox əhalisi müsəlmandır və sizin ölkəniz "İslam Konfransı Təşkilatı"nın üzvidir.bu orqanın əsas məqsədi sionist rejimi ilə mübarizə etməkdir.bu rejim 60 ildi ki, Fələstin müsəlmanların əleyhinə müxtəlif cinayətlər edərək, məzlum xalqın həyatını "Qəzzə"də təng edib.bu rejim Fələstin, Livan və bütün dünyadakı müsəlmanların əmniyyətini təhlükəyə salıb və...
Sual budur, sizin dövlətinizin bu rejimlə olan əlaqəsi necə izah oluna bilər?siz güman etməyirsiniz ki, bu rejimlə siyasi, iqtisadi, mədəni və ... sahələrdə olan əlaqələriniz səbəb olur ki, sizin dövlətinizin bu dövlətin cinayətlərində şərik olsun? dünya müsəlmanları, İran xalqı və Azərbaycan xalqı İsrailin müstəqilliyin 60 illiyinə görə, İsrail prezidentinə, Şimon Prezə, göndərdiyiniz təbrik pəyamını necə dəyərləndirsinlər ki, dövlətinizi Qəzzə-dəki cinayətlərdə şərik etməsinlər.ölkənizindəki bəzi ərazilərin işğal edilməsinin ildönümündə, İsrailin müstəqilliyinə şənlik məclisləri bərpa edilməsi ölkənizə yaraşır mı?dünyanın fəlakət gününə məşhur olan və Fələstin xalqının əzab əziyyətinin başlanğınc günü münasibəti ilə ölkənizdə şənlik etməyi düşünürsünüz?Azərbaycan xalqının qarşı olmasına baxmayaraq, paytaxtın hər hansı bir parkına, prospektinə İsrailin adının verilməsini israr edirsiniz? Və...
Cənab Prezident, siz bu gün sionist rejimi ilə əlaqə yaradaraq, dövlət və xalq arasında boşluq yaradırsınız.kimsə bir xalqın 20% toprağı işğal altında ola və dövləti işğalçı bir rejimlə sıx əlaqədə olmasını qəbul edə bilməyir.əlbəttə, bu xalq dini baxımından da bu mövzunu qəbul edə bilməyir.Cənab Prezident, siz özünüz yaxşı bilirsiniz ki, beynəlxalq bir müəssisənin apardığı bir referendumun əsasında məlum oldu ki, Azərbaycan xalqının 92% bu dövlətə güvənməyir.fikirləşməyirsiniz ki, bu güvənsizliyin bir səbəbi İsraillə olan əlaqəyə görədir.Cənab Əliyev, İsrail rejimi heç bir zaman beynəlxalq səviyədə öz yerini tapa bilməyəcək və Fələstin xalqı bir gün tam şəkildə haqqlarını əldə edəcəkdir.buna görə də yaxşı olar ki, öz təqdirlərinizi İsrailin təqdirinə bağlamayasınız.bunun nəticəsi bəllidir.necə ki, İranda inqilabdan öncə İranın Pəhləvi rejimi müxtəlif səbəblər görə, o cümlədən sionist rejimilə sıx əlaqə yaratdığı üçün İran xalqının qəzəbinə məruz qaldı və bu dövlət dağıldı.gələcək zamanlarda da dünyanın müxtəlf yerlərində yaşayan müsəlmanlar, İsrail rejimi ilə əlaqədə olan ölkələri qəzəbli inqilablara məruz qoyacaq.
İzin verin başqa bir sualla məktubumu bitirim.
Cənəb Əliyev, müxtəlif səbəblərə görə, bir sıra İranlı Azəri cavanlar qeyri-qanuni yolla sərhədi pozaraq, ölkənizə daxil olublar.onlarla sərt davranaraq, hətta həbsxanada, o cümlədən"Qrabağ Həbsxanası"nda saxlayırsınız və bu cavanları işgəncə edirsiniz.amma sionist rejimin vətəndaşları müsəlman ölkəsi olan Azərbaycanda hər növ qeyri-qanuni iş -tosif etmkdən xəcalət çəkirəm-görürlər, ancaq onları cəzalandıran yoxdur?!Niyə?
Cənab Əliyev, başqa bir mövzu haqqında sizinlə danışmaq istiyirəm.bu mövzu"Qarabağ və başqa işğal olunmuş bölgələr"ə görədir.14 ildi, Qarabağ mövzusu"Minsk"qurupuna tapşırılıb.doğrusu bu məsələ haqqında indiyə kimi faydalı bir iş görülməyib.hətta, "Minsk"qrupun başçıları "Beynəlxalq"orqanın çıxartdığı qətnaməyə, Azərbaycan ərazi bütövlüyü, indiyə kimi müsbət rəy verməyiblər.siz özünüz yaxşı bilirsiniz ki, Qarabağ respublikası və başqa işğal olunmuş ərazilərin müsəlman əhalisi qaçqın düşərək, ağır bir şəraitdə yaşamağa məcburdular və gündən günə bu ərazilərin geri alınması çətinləşir.bu münaqişənin gələcəyi haqqında nə düşünürsünüz?ixtiyarınızda olan potensiallərən niyə istifadə etməyirsiniz?
Cənab Prezident, sizin ölkənizin müsəlman ölkəsidir.müsəlmanların arasında "Cihad" və "Şəhid olmaq" anlayışları mövcuddur.Siz bu mənəvi dəyərləri niyə dirçəltməyirsiniz? və bu dəyərlərin əleyhinə mübarizə edirsiniz?Qarabağ uğrunda şəhid olanlardan ya əlillərdən niyə himayə etməyirsiniz? 20% ərazisi işğal altında olan ölkə, gərək xalqında cəlgavərlik hissinin gücləndirilməsi uğrunda çalışsın?Yaraşır mı, bir ölkənin ərazisi işğal altında olsun və ordusu başqa ölkələrin müsəlmanlarını öldürmək üçün və Amerikaya yardım etmək məqsədilə İraqa və Əfqanistana göndərilsin?halbuki, bu ordu işğal olunmuş öz ərazisini, azad etməlidir.Dil və din baxımdan sizlərlə bir olan iki nəfər Ərdəbilli cavan maraq və ya hər hansı bir başqa səbəbə görə, qeyri-qanuni olaraq sərhədi keçdikləri üçün polis tərəfindən öldürüldü.halbuki, bu ərazinin 20 % toprağı din və dili fərqli olan bir ölkənin tərəfindən işğal edilib və buna qarşı heç bir reaksiya verilməyir?
Prezident Cənabları, başa düşməliyik ki, Qarabağ mövzusu nə zaman ərzində unudular, nə də bu gedişlə geri alına bilər.necə ki, İnqilabın əvvəllərində dünya ölkələrin himayəsi nəticəsində bəsi rejim İraq, İranın bəzi ərazisini işğal etmişdir.amma İran xalqı problemlərin çox olmasına baxmayaraq, bu ərazini azad etdi.Bu gün "Cihad" və"Şəhid olmaq" mədəniyyətini dirçəltməklə Azərbaycanın şiə və müsəlman xalqı işğal olunmuş ərazini geri ala bilər.
Cənab Əliyev, Bakı şəhərini gəzəndə, təəssüf hissi keçirtdim.bilirsiniz niyə?çünki, şəhərin hər yerində qərb mədəniyyətini təmsil edən heykəllər mövcud idi.amma, Qarabağ şəhidlərini təmsil edən bir abidəni ya heykəlni görə bilmədim.mən də vətəndaşlarınız kimi bu nəticəyə gəldim ki, siz, Cənab İlham Əliyev, xalqdan Qarabağı unutmağı istəyirsiniz.
Cənab Əliyev, bu məktubun davamında bir neçə mövzulara toxunmaq, istəyirəm.mən bir şəxs olaraq, sizin ölkənizi yaxşı tanıyıram və Azərbaycanın cavan nəslinin gələcəyinə narahatam. Bu gün Azərbaycan cavanları bir sıra siyasətlərin nəticəsində, o cümlədən əlifbanı dəfələrlə dəyişdirərək və həqiqi kimliyi unutdurmaq üçün cavanlar şərfli keçmişləri ilə əlaqə yarada biliməyirlər və məcburiyyət qarşısında qalaraq, məktəblərdə, universitetlərdə ölkələrinin tarixi haqqında deyilənlərə inanırlar.əlbəttə, bu sözlər reallıqdan uzaqdır və cavanları çaşdırır.bu gün Azərbaycanın məktəblərində və universitetlərində təbliğ edilir ki, keçmişdə "Azərbaycan"adlı bir ölkə olmuşdur.bu ölkəyə sahib olmaq üçün iki ölkə, yəni İran və Rusiya arasında müharibə olmuşdur.nəticədə Azərbaycanın şimali Rusiya ölkəsinə cənub hissəsi isə İran ölkəsinə verildi.halbuki cavanlar bilməlidilər ki, onların ulubabaları İran tabeyindəydilər. Dost və düşmənin etiraf etdiyi kimi, Azərbaycanın cavanı İrani-İslami mədəniyyətin inkişafında şərik idi.
Cənab prezident, qeyd etdiyim kimi, ölkənizin 90%-ı müsəlmandır.sizin yürütdüyünüz siyasət bunun əksinədir.o cümlədən, Azan səsinin yayılmasına qadağa, məktəblərdə hicab qadağası, dini kitabların yayılmasına qadağa, Məhərrəm ayında əzadarlıq mərasimlərin bayırda icra edilməsinə qadağa qoyulması, müxtəlif seçkilərdə ruhanilərin iştirakına qadağa, İslami hicabla şəxsiyyət vəsiqəsinin verilməsinə qadağa və... xalqınızın din və məzhəbinə uyğun deyil.din xadimlərin səyi nəticəsində, Azan səsinin qadağası ləğv edildi.bu siyasətin nəticəsindədir ki, xalq ilə dövlət arasında böyük boşluq yaranıb və bunun gələcəyi yaxşı deyil.
Cənab Əliyev, bu bölümdə yalnız bir suala kifayətlənirəm.azadlıq iddiası edilərək, Sionist və Amerikanın qulluğunda olan qələm sahibləri, İslam müqəddəsatını təhqir edirlər.kimsə onları cəzalandırmayır.halbuki, müsəlman bir cavan öz etiqadına uyğun olaraq, dini iclaslar təşkil edir.ancaq, dövlət tərəfindən casusluğa ittiham edilərək, həbs edilir.bu necə mümkündür?
Cənab Əliyev, Çar və Kommunist dövürlərində və həmçinin Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, xalqı tarixi kimliyindən ayırmaq üçün çoxlu cəhdlər olundu.amma xalq indiyə kimi öz doğma kimliklərini unudmayıblar və öz varlıqlarını, yəni İslami-İrani mədəniyyəti qoruyub, saxlayıblar.buna nümunə olaraq, qadınların hicaba olan rəğbətin çoxalması, məktəblərdə hicab qadağasına qarşı xalqın cəsurluqla müqaviməti, valideynlər tərəfindən uşaqlara Fatimə adının verilməsi, İran mallarına rəğbətin çoxalması, İrana və müqəddəs məkanlara səfərlərin çoxalması, çoxlu məhdudiyyətlərin olmasına baxmayaraq, cavanlar geniş şəkildə dini mərasimlərdə iştirak etməsi, İran alimlərinə olan sevginin çoxalması, o cümlədən Şəhriyara, ilin çox satışlı kitabları "Quran" və "NəhcülBəlağə" nin olması və ...
Bunlar göstərir ki, xalq keçmişini qoruyub.
Cənab Əliyev, dinə rəğbət dünyanın aktual mövzularına çevrilib və bu arada sonuncu din, İslam dini geniş şəkildə yayılır.belə bir şəraitdə, Azərbaycan dövləti dinə qarşı yürütdüyü siyasət heyrətləndiricidi.Amerika prezidenti minlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq, kilsə və dini mərasimlərdə iştirak etməklə çalışır özünü dindar bir şəxs kimi göstərsin.
Cənab Əliyev, hər kəs bilir ki, axar suyun əksinə üzməklə kimsə məqsədinə varmaz.bu bir həqiqətdir, sizin siyasətiniz Azərbaycan xalqının istəklərinə qarşıdır.buna görə, ümid edirəm, bundan artıq fürsətləri əldən verməyəsiniz.Azərbaycanın müsəlman xalqının tarixi mahiyyətinə və İslami nəsihətlərə uyğun, dost ilə düşməni yaxşı tanımaqla Azərbaycan xalqının hər tərəfli inkişafına səbəb olasınız.bu zaman İran xalqı həmişə olduğu kimi Azərbaycan xalqına ürəkdən yardım edəcək və onların inkişafına dəstək olacaqdır. İran xalqı, xüsusilə Azərilər bir zamanlar İran ərazisi olan Azərbaycan ölkəsinə laqeyd qala bilməyir.
Cənab Əliyev, İslam tarixində çoxları olub ki, keçmişə baxmaqla və dünyanın, özünün yaranmasını düşünməklə talelərini müsbət cəhətdə dəyişiblər.indi siz alicənablıq edərək, bu məktubu oxdunuz.siz bu yazdıqlarımdan laqeyd keçə bilərsiniz və ya bir az düşünə bilərsiniz.
Cənab Əliyev, şayəd bu məktubun sözləri bir az zəhərli idi.ancaq bilin bu məktubu yazan şəxs, Azərbaycan xalqına və dövlətinə yardım etmək istəyir.ümid edirəm, İslami-milli dəyərləri canlandırmaqla yaxşı bir gələcək özünüzə və Azərbayacanın əziyyət çəkmiş xalqına təmin edəsiniz.əlbəttə, bilirsiniz ki, gələcək yalnız bu fani dünya deyil.
Hg1163@gmail.com
Hörmətlə: İran vətəndaşı Təbrizli bir yazıçı və tədqiqatçı