Əziz müsəlman qardaş və bacılarımız, hörmətli Əhli-Beyt (ə) aşiqləri, sizləri on iki İmam atası, İslamın birinci İmamı, hidayət yolunun çırağı Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirik.
Arannews- Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev on iki imam atası Həzrət Əlinin (ə.s.) mövludu münasibətilə Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edib.
təbrikdə deyilir:
Əziz müsəlman qardaş və bacılarımız, hörmətli Əhli-Beyt (ə) aşiqləri, sizləri on iki İmam atası, İslamın birinci İmamı, hidayət yolunun çırağı Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirik. Ömrünüzə və həyatınıza o Həzrətin əxlaqının, elminin, fəzilət və şücaətinin bərəkətini arzulayır, ümumi İslam ümmətinə Əli (ə) ədalətini diləyirik.
Həzrət Əli (ə) Rəcəb ayının on üçündə Məkkədə Kəbə evində dünyaya gəlib. Bu şərafətli gəliş Ondan başqa heç bir bəndəyə nəsib olmayıb. Peyğəmbərimiz Rəsulullah (s) Əmirəlmöminini elm şəhərinin qapısı, helm günəşinin nuru adlandırmışdır. Qurani-Kərimdə İmam Əlinin (ə) fəzilətlərinə işarə edən, o Həzrəti İslam ümmətinin ən fəzilətlisi və İslam Peyğəmbərindən (s) sonra ən üstün şəxsiyyət kimi göstərən ayələrdən biri "Siddiqin" adını daşıyan "Hədid" surəsinin 19-cu ayəsidir. Bu ayədə buyurulur: "Allaha və Peyğəmbərinə iman gətirənlər-məhz onlar Allah dərgahında olan siddiqlər (sözündə və əməlində doğru olanlar) və şəhadət verənlərdir. Onların öz mükafatları və nurları vardır!"
Allahın izni və vəhyi ilə Peyğəmbərin(s) qızı Fatimeyi-Zəhra (ə) ilə evlənən Həzrət Əli (ə) və xanımı bu izdivacla dünyaya on iki imam bəxş etdilər ki, bu da bəşəriyyətin xilası üçün mühüm şərt olmuşdur.
Əziz xalqımızı və bütün dünya müsəlmanlarını bu unudulmaz mövlud günü bayramı münasibətilə bir daha təbrik edirik, Allahdan evlərinizə bərəkət, sizlərə rəhmət, hər bir ailəyə yaxşı güzəran, xoş axirət diləyirik.