Tarix : 2017 Jul 09
Kod 52211

İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı” - REPORTAJ, FOTOLAR

Yasamal rayonu, Şərifzadə 174 ( yeni ünvan 610, 624) ünvanında yaşayan sakinlər heç bir sənəd və kompensasiya verilmədən binalarının sökülməsinə etiraz ediblər. Sakinlərin razılığı olmadan “Qismət-Mcontruction” MMC tərəfindən binaları hasarlanıb, söküntü işlərinə hazırlıq gedir. Şirkət nümayəndələri vətəndaşlara bunun pilot layihə olduğunu desələr də, onu təsdiqləyən qanuni sənədi sakinlərə göstərməyiblər. Bu səbəbdən də tikinti şirkətinin nümayəndələri ilə sakinlər arasında mübahisə yaşanıb. Binanın ətrafına çəkilən dəmir hasarlar sakinlər tərəfindən sökülüb.




  • Yazılıb
  • da (də) 2017 Jul 09
  • Göndərən مدير سايت Aran News