Faciə nəticəsində qətlə yetirilən körpənin xatirəsini yad etməyə icazə verilməyib.
Islamazeri.az-“İmarət” azarkeş qrupunun Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionda keçirilən “Qarabağ” - “Samtredia” matçından əvvəl erməni quldurları tərəfindən qətlə yetirilən iki yaşlı Zəhranı yad etmək üçün hazırladığı pankartı stadiona buraxılmayıb.
Bu barədə azerisport.com xəbər yayıb.
Faciə nəticəsində qətlə yetirilən körpənin xatirəsini yad etməyə icazə verilməyib. Qitənin ən nüfuzlu yarışında "Qarabağ" adı ilə təmsil olunan qarşılaşmada Qarabağda baş verən hadisəni anmaq arzusu azarkeşlərin ürəyində qalıb.
Xatırladaq ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunu minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Düşmənin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.