Xəbər Lenti

“Qüdsün və Qarabağın müdafiəsi hər bir müsəlmanın ilahi borcudur” - Hacı Mövsüm Səmədov

Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək

İmam Həsənin (ə) mövlud günüdür

“Cəzaların humanistləşdirilməsi və ömürlük məhbuslar” mövzusunda dəyirmi masa keçirilib

AXCP-nin zona müşavirəsinin keçirilməsinə imkan verilmədi

Müxalifətçinin qardaşı koloniyada ona qarşı qeyri-insani rəftarın olduğunu bildirib

Əhsən Nuruzadə “karser”ə salındı

Düşənbədə “Mərkəzi Asiya + Yaponiya” dialoqu çərçivəsində xarici işlər nazirlərinin müşavirəsi keçirilib

Zaur Darğallı 78,6% səslə Marneuli rayonunun rəhbəri seçilib

Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub

Gürcüstanda seçkilər başa çatıb

Ramazan ayının 14-cü gününün duası

Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırd

Sionist rejimin təsis olunması: təbrik ya başsağlığı
1948-ci ildə dünya öz tarixində məşum və acı hadisənin şahidi oldu. Bu hadisə böyük və ağrılı bir faciənin başlanğıcı oldu.

Hacı Şahin: “Onlar oruc tutmasa yaxşıdır”

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər

Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

İsraildə dindar yəhudilər Eurovision-a etiraz olaraq aksiya keçirdilər: Polislər yaralandı

Azərbaycanlı millət vəkili Britaniyanı tənqid atəşinə tutdu

Paşinyana qarşı yeni partiya yarandı

Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada saxlanılıb və Rusiyadan deportasiya edilir

XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Paşinyan sülh danışıqları barədə: “Tormozlamayacağıq”

İmam Musa Sədrin əsərləri

DİN: Dünən Azərbaycanda 30 cinayət hadisəsi baş verib

QAT-ın mitinqinə icazə verilmədi

Tehran və Bakı rabitə sahəsində əməkdaşlıq protokolu imzalayıblar

Hacı Mövsüm Səmədov azadlığa çıxan məhbusları təbrik etdi

Azərbaycanda növbəti parlament seçkilərinin vaxtı açıqlandı

Naxçıvan ali məclisinin sədri Tehran-Bakı həmkarlığının genişləndirilməsini vurğulayıb

Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

Putin: İran bu gün dünyanın ən şəffaf nüvə proqramına malikdir

Cəbhədə düşmən təxribatı

Suriya ordusu İdlibin cənbununa daxil oldu

Mübariz Qurbanlının xüms haqqında təəccüblü açıqlaması

Ermənistan ordusunun daha bir əsgəri öldü

Gürcüstan XİN Azərbaycan tərəfi ilə keçirilən görüş barədə bəyanat yayıb

Vəkil: Avropa Məhkəməsinə göndərilən şikayətlət ünvanına çatmır

Putin və Pompeo İranın nüvə sazişini müzakirə ediblər

Arxiv
 
Tarix : 2019 may 05     |     Kod : 58093

Azərabayaca ətbuat azadlığında 180 ölkə arasında 166-cı yerdə dayanib : səbəblər və illətlər

''Turan'' bir neçə kriteriya üzərindən suala cavab tapmağa çalışıb

Arannews-“Sərhədsiz Reportyorlar” təşkilatı Dünya Mətbuat Azadlığı indeksini açıqlayıb. Sənəddə 180 ölkədə mətbuat azadlığı araşdırılıb. Azərbaycan ötən illə müqayisədə 4 pillə geriləyib, 166-cı pilləyə düşüb.Sənəd Azərbaycanda birmənalı qarşılanmayıb. Hökumət təmsilçiləri, deputatlar indeksi ədalətli saymadıqlarını bildiriblər. Milli Məclisin deputatlarında biri “bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki” sualını verib.“Turan” İnformasiya Agentliyi “Azərbaycan niyə 180 ölkə arasında 166-cıdır” sualına bir neçə kriteriyanın işığında nəzər salmağa çalışıb.

Həbsdəki jurnalistlərHökumətlər mətbuatın, jurnalistlərin azad fəaliyyət göstərməsi üçün əlverişli mühiti təmin etməlidilər. Jurnalist öz fəaliyyətinə görə basqılara məruz qalmamalı, risq altında olmamalıdır. Bu, həm yerli qanunvericilikdən, həm də ölkəmizin üzərinə götürdüyü öhdəliklərdən doğur.Durum necədir? 15 ilə yaxın dövr ərzində Azərbaycanda elə il, ay olmayıb ki, həbsxanada jurnalist olmasın. Bəzi hallarda Azərbaycan həbsdəki jurnalistlərin sayına görə, ATƏT məkanına daxil olan ölkələr arasında birinci olub.2008-2010-cu illərdəki həmin durum ciddi şəkildə dəyişməmiş qalır. Novruz bayramından əvvəl Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 10-dan artıq idi. Ən pisi də odur ki, onlar heç də böhtan, təhqir və ya peşə fəaliyyəti ilə birbaşa əlaqəli ittihamlarla məhkum edilməmişdilər. İttihamların əksəriyyətinin peşə fəaliyyəti ilə bağlı olmaması isə heç də məsələni mətbuat, ifadə, jurnalist azadlığı müstəvisindən kənarlaşdırmır. Çünki Azərbaycandakı oxşar işlərlə bağlı Avropa Məhkəməsinin qəbul etdiyi qərarlar var. Həmin qərarların hamısında jurnalistlərə qarşı ittihamların qurama olması, onları sıradan çıxarmağa xidmət etməsi təsdiqlənib. Ona görə, ittiham nə olursa olsun, Azərbaycanda həbsdə olan jurnalistin məhz peşə fəaliyyətindən dolayı cəzalandırılması baxışı formalaşıb.Azad fəaliyyət mühiti, jurnalistlərə basqılarJurnalistlərin sərbəst fəaliyyət göstərməsi, bilgi toplaması üçün həm də güvənli mühit tələb olunur. Hökumət hər hansı ictimai toplantıdan bilgi toplayan jurnalisti özünün təhlükəsizlik çətiri altına almalıdır.Durum necədir?2018-ci ilin sentyabrından bu yana olan dövrdə baş verənlərə nəzər yetirək. Həmin zaman kəsiyində Bakıda yaşanan 10-a yaxın ictimai toplantının (aksiya, yürüş vəs.) hər birində jurnalistlərə basqılar olub. Jurnalistlər deyir ki, fərqləndirici geyimdə olsalar da olay yerinə buraxılmamaq, qaba rəftar üzləşdikləri adı davranışa çevrilib.Qeyd edilən dövrdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlər 10 dəfədən artıq polisə aparılıblar. Müstəqil jurnalist və bloqerlər Ramin Deko, Sevinc Vaqifqızı, Aysel Əhmədova, Nurlaq Qəhrəmanlı dəfələrlə belə rəftarla üzləşiblər. Onlar saatlarla polisdə saxlanılıblar. Peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalan jurnalistlər də olub."Mətbuat Azadlığı İndeksi" ilə bağlı açıqlamasında bir deputat ironiya ilə sual etmişdi ki, "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?"... Həmin ölkələrdən biri Finlandiyadır. O Finlandiyada ki, onların hökuməti bu ölkədə mütəşəkkil cinayətkarlığı araşdıran iki jurnalistin daimi polis qoruması altında yaşamasını təmin edib. Azərbaycanda araşdırmaçı jurnalistlərin durumuna baxaq. Onların ən tanınmışlarından Xədicə İsmayıl ömrünün bir hissəsini həbsxanada keçirməli olmuşdu. Ölkədən çıxışına yasaq qoyulanlar, həbsdə olan araşdırmaçı jurnalistlər də var.İnformasiya əldə etmək imkanlarıAzərbaycan qanunvericiliyi jurnalistlərin informasiyalara çatımını təmin etmək üçün xeyli imkanlar yaradır. Qanunvericilik ictimai məzmunlu bilgiləri öz saytları vasitəsilə açıqlamağı informasiya sahiblərinin üzərinə vəzifə olaraq qoyub. Hansı informasiyalar açıq olmalıdır, qanunvericilik onları açıq şəkildə sadalayır.Gerçək vəziyyət necədir?İctimai informasiya sahibi olan qurumların saytları olduqca kasaddır. Bu kateqoriya üzrə ən şəffaf saya biləcəyimiz qurum ondakı informasiyaların heç 60 faizini açıq tutmur. Həm də bu kateqoriyada 50-60 faiz şəffaf olan dövlət qurumlarının sayı əl barmaqlarının sayı qədər deyil. Digər qurumların şəffaflığı 25-30 faiz civarındadır. Jurnalistlər üçün daha vacib olan informasiyalar - maliyyə ilə bağlı bilgiləri isə tam şəkildə heş bir qurum açıqlamır.Deputatlardan birinin "bizdən 165 pillə irəlidə olan ölkə hansıdır ki?" sualına informasiya açıqlığı kontekstində iki nümunə gətirək. "Mətbuat Azadlığı İndeksi"ndə Türkiyə 157-ci pillədədir. Ancaq həmin ölkənin hər hansı bələdiyyəsinin saytına daxil olmaqla, həmin quruma indiyədək daxil olmuş informasiya sorğularını və cavablarını görmək olar. Rusiya indeksdə 149-cu pillədədir. Azərbaycan jurnalistlərinin məhkəmə proseslərindən bilgi toplaması, çəkiliş aparması ciddi problemlidir, bunu iki gün əvvəl dolayısı ilə Ali Məhkəmənin sədri də vurğulamışdı. Ancaq Rusiyanın bir çox yerlərində açıq məhkəmə prosesləri internet üzərindən canlı yayımlanır...Belə durumun, müqayisələrin fonunda mətbuatımızın, jurnalistlərimizin azad fəaliyyət imkanlarından danışmaq çox çətindir.Media qanunları, onların işləməsi...Qanunlar hər yerdə dəyişdirilir, yenilənir, çağdaş çağırışların tələblərinə uyğunlaşdırılır. Qanunlar Azərbgaycanda da dəyişdirilir, ancaq bu dəyişikliklərin hamısı məhdudlaşdırıcı məzmundadır. Son 10-15 ilin qanun yaradıcılığı prosesinə baxdıqda, jurnalistləri öz haqlarından daha geniş yararlanmağa həvəsləndirən qanun dəyişikliyi nəzərə çarpmır. Hamısı məhdudlaşdırıcı məzmundadır. Hüquqi şəxslərin reyestri ilə bağlı bilgilər qapalı elan olundu. Jurnalsitlərin əməliyyat-axtarış qurumlarından bilgi toplamasına çətinliklər yaradıldı. Sərt bloklama düzənləməsi qəbul edildi. Hərbi durumlarda bilgi toplanmasına senzuranın tətbiqi qaydası da qanunvericiliyə gətərildi. Belə dəyişikliklrəin sayı onlarladır.Bütün bunlara rəgmən jurnalistləri qoruyan qanunlar da var. Baxaq görək, onlar necə işləyir, ümumiyyətlə işləyirmi?"İnformasiya əldə edilməsi haqqında" qanun jurnalistlər üçün ən önəmli vasitələrdən biridir. Bu qanun bilgi ala bilməyən jurnalistə ombudsman və məhkəmə alətlərindən istifadə etməklə istədiyi bilgiyə "yetişmək" imkanı verir.Ombudsman Aparatının rəsmi bilgilərində informasiya mübahisələri ilə bağlı ümumiyyətlə statistik data-lar yoxdur. İnformasiya əldə edilməsində bu qurum demək olar ki, tam effektsizdir. Bu qurum indiyə kimi bir dəfə də olsun, informasiya verməyənləri məhkəməyə verməyib.Məhkəmələrin informasiya əldə etməklə bağlı mübahisələr üzrə sonuncu müsbət qərarı təxminən 10 il əvvəl olub. Ancaq həmin qərarlar da icra edilməyib. Son iki ildə yerli məhkəmələr Turan agentyliyinin informasiya açıqlığı ilə bağlı şikaytələrinin heç birini təmin etməyiblər.Azərbaycanın cinayət qanunvericiliyi jurnalistlərə qarşı zorakılığı cinayət elan edir, ancaq indiyədək Cinayət Məcəlləsinin həmin maddəsi bir dəfə də olsun tətbiq edilməyib. Azərbaycanın İnzibati Xətalar Məcəlləsi jurnalistlərə informasiya verməkdən yayınan subyektlərin cərimə edilməsini nəzərdə tutur. Ancaq bu mexanizm də indiyə kimi bir dəfə də olsun tətbiq edilməyib...Qeyd etdiklərim Azərbaycanda mətbuat azadlığının temperaturunu ölçmək üçün faydalana biləcəyimiz kriteriyaların hamısı deyil. Mətbuatın maliyyə qaynaqları kriteriyası var, sahiblik, özünü senzura və sair məsələlər də var. Təəssüflər olsun ki, incələnən kriteriyalar üzrə gəlinən nəticələr Mətbuat Azadlığı İndeksindəki yerimizi kölgə altına almır. Problemləri araşdırmaq, ictimai müzakirələr açmaq, təklifləri dinləmək, istəmək və yaraları müalicə etmək lazımdır.



Açar sözlər : 

Yazılıb da (də)   2019 may 05  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin