İsrailin Azərbaycanla qırılmaz tellərlə bağlı olduğunu vurğulayan İ.Şaqal qeyd etmişdir ki, Azərbaycandan alınan neftin həcminə görə İsrail dünya dövlətləri arasında ikinci yeri tutur
Azerbaijan Servisi/Aran Agentliyi
İsrailin Azərbaycanla qırılmaz tellərlə bağlı olduğunu vurğulayan İ.Şaqal qeyd etmişdir ki, Azərbaycandan alınan neftin həcminə görə İsrail dünya dövlətləri arasında ikinci yeri tutur: "Rəsmi Təl-Əviv Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Azərbaycan arasında hər il onlarca qarşılıqlı rəsmi səfərlər həyata keçirilir. Ermənistan isə, əksinə, İsrail dövləti üçün heç bir strateji əhəmiyyət kəsb etmir. Onunla diplomatik və iqtisadi münasibətlər sırf formal xarakter daşıyır. Düzdür, Qüdsdə bir qrup erməni yaşayır, lakin bu icmanın İsrail qanunlarını pozmasını, hərbi xidmətdən və vergi ödəməkdən yayınma hallarını saymasaq, heç bir fəallığı görünmür".