Tarix : 2020 Jul 10
Kod 59958

Gələn bir neçə ayda koronaya qarşı vaksen istehsal oluna bilər

İranlı epidemioloq koronavirusa qarşı vaksenlə bağlı son xəbər və nəticələrə işarə edərək deyib: “Bu gün vaksin artıq hazırlanma mərhələsinə çatmışdır. Ola bilsin ki, 6 aya vaksen istehsal və ixrac oldu.”
AranNews – “Şəfəqna” müxbiri Şəhid Behişti Tibb Elmləri Universitetinin epidemik xəstəliklər üzrə professoru və bu universitetdə epidemik xəstəliklər üzrə departmentinin təsisçisi Huşəng Sağəri ilə söhbət edib.
- Koronavirusun yayılması və korona xəstələrinin hər gün artmasına diqqət etməklə, koronaya yoluxmuş və ev şəraitində müalicə alan xəstələrə  məsləhətini nədir?
- Orta əlamətlərə malik, yaxud əlamətləri az olan və ya heç bir əlaməti olmayan xəstələr ev şəraitində müalicə olmalıdır. Əgər korona əlamətləri çox olsa, yaxud ağır olsa, Səhiyyə Nazirliyinin nəzarəti altında olan xəstəxanalara müraciət etməlidir. Birinci qrup həkim və mütəxəssislərə müraciət etməli, lakin evdə müalicə olunmalıdır. Çünki xəstəxanda o qədər yer yoxdur. Üstəlik, hamının xəstəxanaya yerləşdirilməsi tövsiyə olunmur. Yüngül və orta formalar evdə karantinə alınmalıdır.
- Onlar üçün hansı qidalar tövsiyə olunur? Yay fəslinin çatması və kondisionerlərin işə düşməsi ilə virusun kondisioner vasitəsilə ötürülməsi mümkündürmü? Üzərlik tüstüsü vermək və digər üslubların tövsiyəsinə necə baxırsınız?
- Üzərlik tüstüsü verilməsinin heç bir təsiri yoxdur. Mərkəzi sistemə sahib kondisionerlər barədə isə əgər hava daxil olsa və sistem təzyiq olmadan mənfi olsa, digərlərinin də virusa yoluxması mümkündür.
Korona xəstəliyinə yoluxanlar otaqda saxlanılmalıdır və otağın pəncərələri açıq qalmalıdır. Bir nəfər xüsusi tibb bacısı kimi o xəstənin yemək-içmək və dərmanlarını verməlidir. Əlbəttə, maska taxmalı, əlcək geyinməlidir və təhlükəsizlik qaydalarına tamamilə riayət etməlidir.
- Bəzi ailələrdə lazım olan imkanlar yoxdur?
- Bu iş tibb mərkəzi vasitəsilə ayırd olmalıdır.
- Bir çoxları xəstəliyin bərkiməsinə görə narahatdır və bu üzdən stresə düşürlər. Digər sualım isə budur ki, yenidən koronaya yoluxmaq qorxusu varmı?
- Bugün bütün dünya stres içərisindədir. Bu xəstəlik toxunulmazlıq yaratmır və toxunulmazlıq onun üçün müvəqqəti və qısa müddət ərzindədir. Bunun üçün dəqiq vaxt demək olmur. Bildiriblər ki, bir aydan altı aya qədər yoluxmaqdan amanda qala bilər. Lakin bunlar dəqiq deyil. Yoluxmuş şəxs təzədən yenə yoluxa bilər. Xəstəliyin təzədən qayıtmaması üçün müntəzəm şəkildə səhiyyə qaydalarına riayət etmək, sosial məsafəni gözləmək lazımdır. 
Bu məsələ insanın bədən təhlükəsizlik sisteminin hansı səviyyədə antikor hazırlamasına bağlıdır. Bədən təhlükəsizlik sistemi güclü olan adamlarda toxunulmazlıq da güclüdür. Lakin antikoru az olan adamlarda bu toxunulmazlıq da azdır. Hər kəsin vəziyyəti fərqli olur. Bir müddət ötməli, düzgün statistikalar yayılmalı, mötəbər elmi mərkəzlər bu mövzunu təsdiq etməlidirlər ki, düzgün məlumat elan olunsun.
- Evdə müalicə alan korona xəstəsi neçə gün evdə qalmalıdır?
-14-15 gün.
- Korona gələcəkdə bu xəstəliyə tutulmuş adamın bədən üzvlərində xoşagəlməz təsir qoya bilərmi?
- Qaraciyər, böyrək və mərkəzi sinir sisteminə təsir qoyması mümkündür və bu təsir ömrü boyu onda qala bilər.
- Qida barədə hansı tövsiyəniz vardır?
- Xüsusi bir qida təklif edilmir. Bəzilərində ağrılar var, bəzilərində ishal və ürəkbulanması, bəzilərində qızdırma, üşütmə və titrəmə, bəzilərində isə başağrı vardır. Ona görə də çox sadə bir qida rejimi olmalıdır, isti xörəklər yeməli və maye qəbul etməlidirlər.
- Yaxın gələcəkdə vaksin hazırlanacağı nə qədər ciddidir?
- Verilən xəbərlərə görə, bu sahədə fəaliyyət göstərən şirkətlərdən bir neçəsi daha artıq təlaş göstərir. Avropa və Amerikada da müxtəlif şirkətlər neçə yüz insan üzərində testlər həyata keçirdiklərini və ikinci mərhələyə çatdıqlarını bildiriblər. Lakin bir neçə ay ötməli və test üçüncü mərhələni də keçməlidir ki, ÜST onu qəbul etsin. Bugün korona vaksini hazırlanma mərhələsindədir, ola bilsin ki, gələn altı ayda istehsal və ixrac olundu.
- Vaksin təsdiq olunduğu təqdirdə şirkətlər onu dünya ölkələrinə verməyə borcludurmu?
- Belə bir zərurət yoxdur. Bu şirkətlər vaksini hazırlama səviyyəsi və özlərinin iqtisadi-maddi vəziyyətinə uyğun olaraq sata bilərlər. Biz də əgər pulumuz olsa, onu alacağıq. Bu şirkətlər əslində investisiya qoyublar.
Mənbə: Şəfəqna

 
  • Yazılıb
  • da (də) 2020 Jul 10
  • Göndərən جهان کمالی