Tarix : 2022 Mar 28
Kod 62386

Tehran-Bakı əməkdaşlığı Çin üçün niyə vacibdir?

Cənubi Qafqaz regionunun nəqliyyat və logistika xəritəsi dəyişir. Martın 11-də İran və Azərbaycan hökumətləri arasında anlaşma memorandumu imzalanıb ki, bu, Azərbaycanın Zəngzur İqtisadi Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisi vasitəsilə yeni əlaqələrin qurulmasına dair tarixi sənəddir. Hansı ki, bu sənəd əvvəlki təxminləri ciddi şəkildə dəyişəcək.
AranNews - 23 mart 2021-ci ildə “Ever Given” adlı konteyner gəmisi Süveyş kanalında palçığa oturdu və digər gəmilərin ondan istifadə etməsi üçün yolu bağladı. Bu su yolu dünya ticarətinin 12%-dən çoxunu daşıyan və dünyada ən çox istifadə edilən gəmiçilik xətlərindən biridir. Kanal həm də dünya neftinin 7%-nin və gündəlik konteyner daşımalarının 30%-nin daşınmasını öhdəsinə almışdır. Beləliklə, bu kanalın bağlanması qlobal ticarətə təsir edir. Ona görə də bu hadisə səbəbindən bəzi gəmilər alternativ marşrutdan istifadə etmək məcburiyyətində qalır.
Süveyş kanalının bağlanamasının bir həftə ərzində aradan qaldırılmasına baxmayaraq, sözügedən hadisə dünyanın bu marşrutdan həddən artıq asılılığının təhlükələri ilə bağlı suallar doğurdu. Süveyş kanalının mühasirəsinin iqtisadi ziyanı qlobal nəqliyyatın kövrəkliyini sübut etdi. Bu da öz növbəsində alternativ quru və ya dəniz nəqliyyatı marşrutlarının inkişaf etdirilməsi məsələsini gündəmə gətirdi. Ona görə də, həmin hadisədən sonra Rusiya və İran alternativ gəmiçilik marşrutlarının, xüsusilə Şimal Dəniz Marşrutu (NSR) potensialı və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INST) tapılmasının zəruriliyi haqda düşünməyə başladılar. Belə ki, Rusiyanın dövlət şirkəti Şimal qütbünün sürətlə əriməsi və Rusiyanın güclü buzqıran gəmilərinin mövcudluğunun Şimal dənizinə çıxışı yaxşılaşdıracağını və onun Süveyş kanalını əvəz edə biləcəyini vurğulayıb. Digər tərəfdən, İran rəsmiləri INSTC-ni etibarlı və aşağı riskli alternativ kimi aktivləşdirməyi istəyirlər. Asiya ilə Avropa arasında yükdaşımaları üçün əsas marşrutlardan birinə çevrilmək potensialına malik digər alternativ marşrut Transxəzər Şərq-Qərb Orta Koridordur ki, ona qısaca Orta Koridor da deyilir. Bu dəhliz qədim İpək Yolunun bərpa edilməsinin ən mühüm yollarından biridir. İlkin planda Orta Koridor Türkiyədən başlayır, daha sonra Azərbaycan Respublikası ərazisindən, Gürcüstan və Xəzər dənizindən keçərək Orta Asiyaya çatır, Türkmənistan-Özbəkistan-Qırğızıstan və ya Qazaxıstandan keçərək Çinə qədər uzanır.
Orta Koridorun yaradılması və genişləndirilməsi 2013-cü ilin noyabrından başlamışdır. İndi belə görünür ki, geosiyasi və geoiqtisadi proseslər Azərbaycan və İranın mərkəz olması ilə bu dəhlizin əhəmiyyətini artırır. Hansı ki, bu dəhlizin Kəmər və Yol Təşəbbüsündə (BRI) rolu aşağıda izah edilmişdir.
İran-Azərbaycan əməkdaşlığı; BRI üçün yeni fürsət
Cənubi Qafqaz regionunun nəqliyyat və logistika xəritəsi dəyişir. Martın 11-də İran və Azərbaycan hökumətləri arasında anlaşma memorandumu imzalanıb ki, bu, Azərbaycanın Zəngzur İqtisadi Zonası ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisi vasitəsilə yeni əlaqələrin qurulmasına dair tarixi sənəddir. Hansı ki, bu sənəd əvvəlki təxminləri ciddi şəkildə dəyişəcək. Bu sənədə uyğun olaraq, Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqələri İran ərazisi vasitəsilə olacaq. Yeni kommunikasiyalar Çin Kəmər və Yol Təşəbbüsü (BRI) və Orta Koridor nəqliyyat və logistika dəhlizinin xəritəsində strateji dəyişikliklərə səbəb olacağı şübhəsizdir. Bir neçə ildir ki, Çin BRI-nin bir hissəsi kimi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TİTR) inkişaf etdirir. TİTR Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dənizi keçən 6500 kilometrlik avtomobil yolları, dəmir yolları və limanlar şəbəkəsi qurmağı hədəfləyir ki, bu da dənizlə çatdırılma müddətini 60 gündən iki həftəyə qədər azaldır. Layihə Çin hökumətinin ayırdığı imkanlar və maliyyə yardımı hesabına həyata keçirilib. 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibənin və hazırda Ukraynadakı münaqişənin yaratdığı yeni regional və qlobal reallıqlara diqqət etməklə bu yolun böyük əhəmiyyəti vardır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatları və Qərbin Moskvaya qarşı sanksiyaları Rusiya və Ukrayna ərazisindən keçən Şərq-Qərb marşrutu üzrə nəqliyyat və tranzit dəhlizlərindən istifadəni məhdudlaşdırır. Beləliklə, yeni nəqliyyat xətlərinə tələbat artır. Çünki Çin və Avropa müharibənin bitməsini və bütün məsələlərin həllini gözləyə bilməz. Buna görə də, yükün davamlı idarə edilməsi üçün TITR-in əhəmiyyəti eksponent olaraq artır.
2020-ci ildə Çin Avropa İttifaqı ilə ticarətdə ABŞ-ı ötüb və Brüsselin ticarət tərəfdaşları arasında lider olub. Çin-Aİ xarici ticarət dövriyyəsi il ərzində 586 milyard avroya (646 milyard dollar) çatıb və Çin yüklərinin böyük bir hissəsi BRI şimal dəhlizi ilə Avropa ölkələrinə daşınıb. Beləliklə, Cənubi Qafqazın avropalılar üçün əhəmiyyətini bu kontekstdə izah etmək olar. 2020-ci il aprelin 12-də Bakıda imzalanmış memorandum da problemlərin həlli üçün böyük imkanlar açır. Bu memorandumun məqsədi Zəngzurun şərq bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu və enerji infrastrukturunun yaradılmasıdır ki, bu infrastruktur vasitəsilə ixrac, idxal və ya iki ölkə ərazisindən tranzit üçün daşıma həyata keçiriləcək. Bundan əlavə, iştirak edən tərəflər öz müstəqil ərazilərində yolların tikintisini, inkişafı və yenidən qurulmasını təmin etməlidirlər.
Bu memorandum Azərbaycan Respublikası ilə İran arasında imzalanıb, lakin bu yeni kommunikasiya xəttinin regionun digər ölkələri və beynəlxalq logistika üçün əhəmiyyətini hesablamaq çətin deyil.
Çinin Avropadakı tərəfdaşları artıq yeni logistik marşrutlar axtarışlarını gücləndiriblər. Martın 16-da Finlandiyanın əsas nəqliyyat operatoru Nurminen Logistics və Qazaxıstan Dəmir Yolları İdarəsi TITR-ni kommersiyalaşdırmaq barədə qərarlarını açıqladılar. Həmçinin yeni kommunikasiyalar qurulacaq ki, bu da Azərbaycan hökumətinə dəmir yolunu inteqrasiya etməyə və Çin yüklərinin Türkiyə və Avropaya daşınması üçün daha bir imkan açmağa imkan verəcək. Zəngzur dəhlizi açılacağı surətdə Çindən Avropaya daha qısa marşrut ola bilərdi, lakin bu layihə hələ həyata keçirilməyib.
Hər halda Cənubi Qafqazdan keçən nəqliyyat daşımalarında əhəmiyyətli artım gözlənilir. BRI-nin budaqları nə qədər artarsa, bu təşəbbüs də bir o qədər əhəmiyyətli olur. Bu arada İran da yolları və marşrutları modernləşdirməyə başlayıb. Çinlə İranın birbaşa əməkdaşlığını da unutmaq olmaz. Belə ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 14,9 milyard dollar təşkil edib. Bu rəqəm Çinin Avropa İttifaqı ilə ticarəti qədər əhəmiyyətli olmasa da, ancaq ötən ilin martında Çin və İran arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsini də unutmaq olmaz. Ona görə də Azərbaycandan İrana yolun çəkilməsi Çin tərəfinin işini çox asanlaşdırır və onlara müasir infrastrukturdan və mallarını çatdırmaq üçün təhlükəsiz yoldan istifadə etməyə imkan verir. Ümumilikdə, BRI dəhlizi Çin və tərəfdaşları arasında ən əsas dəhlizə çevrilir və Azərbaycanla İran arasında əməkdaşlıq bir çox problemlərin həlli üçün yaxşı imkanlar açır.

 
  • Yazılıb
  • da (də) 2022 Mar 28
  • Göndərən جهان کمالی