Tarix : 2025 Aug 17
Kod 65536

Prezident Pezeşkian bazar ertəsi Ermənistana səfər edəcək

Prezidentin siyasi müşaviri Pezeşkianın bazar ertəsi axşam Ermənistana, sonra isə Belarusa səfər edəcəyini açıqlayıb.
arannews:irna-Mehdi Sənayi X sosial şəbəkəsində bu gün, 16 avqust 2025-ci il, şənbə günü yazıb: Prezident bazar ertəsi (18 avqust) axşamdan başlayaraq Ermənistan və Belarusa 2 günlük səfər edəcək.

Sənayi iki ölkə arasında xüsusilə ticarət sahəsində əlaqələrin gücləndirilməsi və sənədlərin imzalanmasının bu səfərin hədəfləri arasında olduğunu açıqlayıb və iki səfərin iyunun axırına planlaşdırıldığını, lakin təxirə salındığını qeyd edib.

Prezidentin siyasi müşaviri bu mesajın davamında yazıb: Prezident Pezeşkian habelə sentyabrda Şanxay Sammitində iştirak etmək üçün Çinə dəvət olunub.
  • Yazılıb
  • da (də) 2025 Aug 17
  • Göndərən رضا رستمی