İran İslam Respublikası prezidenti Ermənistanın baş naziri ilə görüşmək üçün bu gün Ermənistanın paytaxtı İrəvana yola düşüb.
arannews:parstoday-Prezidentin ən mühüm gündəmləri arasında İrəvanda keçirilən Ermənistan-İran İşgüzar Konfransında iştirak etməkdir. Prezident Pezeşkian bu səfər zamanı Ermənistan rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.
Prezidentin siyasi müşaviri Mehdi Sənayi bu barədə özünün X səhifəsində yazıb: "Bu səfər çərçivəsində əlaqələrin xüsusilə də ticarət sahəsində genişləndirilməsinin mümkün yolları və bu istiqamətdə sənədlərin imzalanması planlaşdırır".
İran İslam Respublikasının prezidenti Ermənistan rəsmiləri ilə görüşdükdən sonra İrəvandan Belarusa gedəcək.