|
Materiallar/
Bakı şəhəri Cümə məscidi: Qədim Came məscidinin davamçısı
|
Cümə məscidi İçərişəhərdə, Bakı qalasında, Asəf Zeynallı küçəsi 51-də yerləşir. İndiki məsciddən əvvəl həmin yerdə qədim Came məscidi olub. 1899-cu ildə Bаkının vаrlı аdаmlаrındаn biri Hаcı Şıхəli Dаdаşоv хеyriyyə məqsədi ilə yararsız halda olan Came məscidini sökdürüb indiki Cümə məscidini ucаltdı. Bu barədə məscidin divarlarından birindəki kitabədə yazılıb. Şıхəli Dаdаşоv Cümə məscidinin həyətində dəfn edilib.
2022 Feb 21
| | | | | |