Tarix : 2009 Jun 10
Kod 12413

Hafiz qəzəllərində rəmz və bədii təsvir vasitələri

.
İRİ Servisi/Aran Agentliyi
Məna dərinliyi və ifadə gözəlliyi baxımından şeirləri yüksək zirvələri fəth edən şair Hafiz Şirazidir. O məşhur şair olmaqdan əlavə böyük arif olmuşdur. Məsələyə aydınlıq gətirmək məqsədi ilə "arif" sözünün mənasını araşdırsaq yerinə düşər. Dilimizdə belə bir misal var: "Arifə bir işarə də kifayətdir." Görəsən, arif sözü bir işarədən hər şeyi bilən insan mənasını verir, ya bus öz daha geniş mənaya malikdir? Bu məsələni araşdırmaq üçün bəzi tədqiqatsçıların fikirlərinə diqqət yetirək.
 

Əbülqasim Əbdülkərim Quşeyri «Quşeyriyyə» risaləsində yazır:


علامت عارف آن است كه ازدنیا و آخرت فارغ بود و گفتة اند: هر كه خداى را شناسد، رغبت چیزها از وى بشود و وى را نه فصل بود و نه وصل


«Arifin əlaməti dünya və axirətdən azad olmaqdır və deyirlər: hər kim Allahı tanısa, heç nəyə rəğbət bəsləməz, nə onlardan ayrı olar, nə də onlarla bir.»
Yəni ariflər Allahı nə dünya malı, sərvəti, şan-şöhrətinə görə, nə də cənnət gözəlliklərinə görə tanıyırlar. Onlar Allaha Allah olduğuna görə pərəstiş edirlər. Daha sadə desək, öz nəfsinə qələbə çala bilməyənin Allahı tanımaq imkanı yoxdur.


اگر بشناختى خود را به تحقیق      هم از عرفان حق یابى تو توفیق
شفاى درد دلها گشت عرفان         ز عرفان روشن آمد جاودان، جان


Əgər təhqiqlə özün tanısan,
Haqqı tanımağa nail olarsan.
İrfan ürək dərdlərinin səfası oldu,
Can irfanla əbədi nurlu oldu. (3,9)
Nəzəri islam irfanının atası sayılan Muhyəddin Ərəbi belə yazır:


عرفا خدا را به خاطر ترس از دوزخ و یا امید رفتن به بهشت نمى پرستند، بلكه از آن جهت كه دوستش دارند و بدو عشق مى ورزند و این از وجوه عبادتها و ریاضتهاى عرفانى است.


«Ariflər Allaha cəhənnəmdən qorxuya görə və ya behiştə düşmək ümidi ilə pərəstiş etmirlər, bəlkə ona görə ki, ona eşqləri var və bu irfani ibadət və yüksək əxlaq üçün dözülən əzab-əziyyətin səbəbidir.» (4,79)

Ariflərin çoxu aşağıdakı hədisə görə yaranışın əsasını eşq adlandırırlar.

 

  

Dedi: Gizlin xəzinə idim mən,
                 Biləsən məxluqatın xaliqiyəm mən. (3,3)
Deyilənlərdən belə məlum olur ki, ariflər həm də Allah aşiqidirlər. İrfanda Allahı tanımağın əsas vasitəsi eşqdir. Şeyx Söhrəvərdi «Fi həqiqətul- eşq» və ya «Munisul-uşşaq» əsərində yazır:
«Yüksək həddə çatmış məhəbbətə eşq deyərlər… eşqi əşəqədən götürüblər və əşəqə elə bir bitkidir ki, bağda ağacın dibində bitər. Əvvəlcə yerdə kökünü möhkəmləndirər, sonra başını qaldırıb tamamilə bürüyənədək ağaca sarılar və ona elə işkəncə verər ki, ağacın damarı arasında nəmişlik belə qalmaz, hava və su vasitəsilə ona yetişən bütün qidanı ağac quruyana qədər mənimsəyər.» (6,281)
Tədqiqatçılar öz əsərlərində dəfələrlə qeyd edirlər ki, eşq insanın əxlaqının ən yüksək dərəcəsi, torpağı qızıla çevirən kimyadır.
Hafiz Şirazi yüksək şairlik istedadından başqa, arifliyi ilə də şöhrət tapmışdır. Amma bəzən onun arifliyini şübhə altına alanlar da tapılır. Belələrini qınamaq düzgün olmaz. Çünki arif şairlərin daha çox rəmzlərdən, sətiraltı məna ifadə edən sözlərdən istifadəsi belə düşünməyə əsas vermişdir. Tutaq ki, biz də razılaşdıq ki, mey, şərab, məstlik, meyxanə sözlərindən istifadə edən adam arif adlana bilməz. Bəs onda aşağıdakı beyt kimi onlarla beytin mənasını necə izah etmək olar?


چه مبارك سحرى بود و چه فرخنده شبى  آن شب قدر كه این تازه براتم دادند


O qədr gecəsi nə mübarək gecə və nə xoşbəxt səhər oldu,
Ki, günahlardan bağışlanma bəratı mənə verildi.
Belə beytləri oxuyandan sonra arif şairlərin rəmzi mənalardan istifadə etməsi oxucunu düşündürür. Bu barədə çoxsaylı fikirlər mövcuddur. Bəziləri belə izah edlirlər ki, əvvəl ariflər öz sözlərini aşkar deyirdilər. Sonralar bu aşkar və birbaşa sözlərin onlar üçün başağrısı yaratdığını gördükdə məcbur oldular ki, örtülü danışsınlar. Guya ariflər fəqih və zahidlər mane olmasınlar deyə rəmzlərdən istifadə etmişlər. Doğurdan da, çox ariflərin yazısında zahir əhlinə etiraz səsi eşidilr. Məsələn, Hafizin bir qəzəlində oxuyuruq:


چو منصور از مراد آنان كه بردارند بردارند   بدین درگاه حافظ را چومى خوانند مى رانند


         Mənsur təki murada çatanlar dara çəkilirlər,
Bu saraya Hafizi çağırırlar və qovurlar.
Nəsimi «Ağrımaz» rədifli qəzəlində yazır:
Zahidin bir barmatın kəssən, dönüb həqdən qaçar,
 Gör bu gerçək aşiqi sərpa soyarlar ağrımaz.

Cəlaləddin Rumi bir qəzəlində yazır:


گر عشق را نبینى، دلا عاشقان نگر  منصوروار شاد سوى دار آمده


Əgər eşqi görmürsən, Mənsur kimi şad -
Ağaca tərəf gəlmiş aşiqlərə bax.
Amma bu fikirlə razılaşmaq olmur. Çünki arif aşiqin əlaməti budur ki, hadisələrin gedişindən qorxmur:
«Həyatın eniş-yoxuşu haqqında düşünmür: ölümdən qorxmur və heç kəs və heç nədən şikayət və giley etmir: onun alçaqlıq, paxıllıq, acgözlük, bədxahlıq və dargözlülüyü yoxdur, hər şeyi öz yerində yaxşı görür.»(5,15)
Deməli, belə məlum olur ki, arifin dərisi soyulsa da, dara çəkilsə də ah-nalə etməz. Çünki o yalnız ayrılıqdan nalə çəkir.
Əgər aşiqdən bir nalə eşidilsə, hamısı ayrılıq dərdindəndir. Çünki onun üçün dostsuz (məşuqsuz) həyat üzücüdür. Aşiq ayrılıq dərdindən başqa hər əzab-əziyyətə dözür.»
Bəzi tədqiqatçılar isə belə düşünürlər ki, guya Hafiz və başqa şairlərin mey, moğ mağbəççe sözlərindən istifadə etməsinin əsas səbəbi onların İslamdan əvvəlki İrana rəğbətinin nişanəsidir. Murtəza Mütəhhəri «İrfani-Hafiz» kitabında belə sözləri gülünc sayan Əranidən nəql edərək deyir:

 
بلبل ز شاخ سرو به گلبانگ پهلوى    مى خواند دوش مرس مقامات معنوى


Bülbül sərv ağacında pəhləvi cəh-cəhilə,
Dünən mənəvi məqamlar dərsini oxuyurdu.
Belə çıxır ki, əgər bu beytdə «pəhləvi» sözü işlənibsə, bu şairin zərdüştliyə, İslamdan əvvəlki İrana məhəbbətini göstərir. Əgər bu beyti qəbul etsək, onda aşağıdakı beytlərə görə deməliyik ki, Hafiz həm yəhudiliyə, həm də xristifanlığa meylli olmuşdur.


یعنى بیا كه آتش موسى نمود گل    تا از  نكته توحید بشنوى


Yəni gəl ki, Musanın atəşi gül oldu,
Ta sən ağacdan tovhid məsələsini eşidəsən.(6,55)


این قصه عجب شنو از بخت وازگون     ما را بكشت یار به انفاس عیسوى


Bu qəribə nağılı bədbəxtdən eşit,
Yar bizi İsa nəfəsləri ilə öldürdü. (6,55)
Hafizin qəzəlləri onun böyük şairlik qüdrət və istedadına malik olmasının göstəricisidir. Lakin bir şeyi unutmaq olmaz ki, Hafiz Şirazi Quranı əzbər bilmiş və dəfələrlə bunu öz qəzəllərində qələmə almışdır.


صبح خیزى و سلامت طلبى چون حافظ   هر چه كردم همه از دولت  قرآن كردم


Hafiz təkin tezdən durub, sağlam oldum,
Hər nə etdim hamısını Quran mülkündən etdim.


زحافظان جهان كسى چو بنده جمع نكرد    لطایف حكمى با كتاب نكات قرآنى


Dünya hafizlərindən kimsə Quran kitabı ilə hikmət kəlmələrini bəndə kimi cəm etmədi.


عشقت رسد به فریاد ار خود به سان حافظ       قرآن زبر بخوانى در چهارده روایت


Eşqin fəryada yüksələr əgər Hafiz təkin sən də,
Quranı əzbər oxusan on dörd rəvayətdə.
Bu beytlərə əsasən deyə bilərik ki, Quranı əzbər bilmək onun həm şairliyinə, həm də arif-aşiqliyinə böyük təsir etmişdir. Hamıya da məlumdur ki, Quran ən incə fəsahət və bəlağət gözəlliklərinə malikdir. Buna görə də şairlərin öz qəzəllərini fəsahət və bəlağət gözəllikləri ilə bəzəmələri heç təəccüb doğurmamalıdır.
Quranın möcüzəliyi onun təkcə zahirində deyil, həm də batinindədir. Bu məntiqlə Hafzini arifliyinə şübhə etmək düzgün olmaz.
Fikrimizcə onlarn belə şeir yazma üsuluna müraciət etmələri təbiidir. Çünki ariflər gördüklərini və duyduqlarını adi dillə ifadə edə bilməzlər.


دل می رود ز دستم صاحبدلان خدا را   دردا كه راز پنهان خواهد شط ىشكارا


Ürək sahibləri, and olsun, ürəyim əldə gedir,
Dərd budur ki, gizlin sirr aşkar olacaq.
Onların öz fikirlərini çatdırmaq üçün mənəviyyat aləminə aid olanlara maddi don geyindirməkdən başqa çarələri yox idi. Çünki həqiqəti, ürəyin hallarını, eşqi oxucuya bəyan etmək üçün başqa vasitə mövcud deyil.
İbn Ərəbi demişdir: «Hər kəs eşqi tərif etsə, onu tanımamışdır, eşq camından bir qurtum dadan onu tanımamışdır, hər kim desə, eşqin şərab camından susuzluğum yatdı, onu tanımamışdır; çünki eşq elə bir şərabdır ki, heç bir kəsin susuzluğunu yatırmır.»(3,121)

Buna görə də Hafiz yazmışdır:


اى آنكه به تقریر و یبان دم زنى از عشق    ما با تو نداربم سخن خیر و سلامت


Ey o kəs ki təqrir və bəyanla eşqdən dəm vurur,
Bizim səninlə sözümüz yoxdur, xudahafiz.

سخن عشق نه آن است كه آید به زبان    ساقیا مى ده ز كوتاه كن این گفت و شنفت


Eşqin sözü o deyildir ki, dilə gəlsin,


عكس روى تو چو در آینه جام افتاد     عارف از خنده مى دلا طمع خام افتاد


Elə ki, sənin əksin camın aynasına düşdü,
Arif meyin gülüşündən xam xəyala düşdü.
Bu beytdə arif sözünün işlənməsi haqqa, qəlbə və eşqə geyindirilmiş maddi donu bir daha açıqlayır.
«Böyük şəxsiyyətlər demişlər: eşq bir addımdır və o özündən keçmək və öz şəxsiyyətini tərk etməkdir. Budur ki, eşq yolunu çətinləşdirir. Amma eşq yolunda məqsədə nail olunmazsa, o zaman salikin bu yolda fəsadı başqalarından çox olacaq.» (4,75-76)
Hafiz və başqa ariflər bu fikirdədirlər ki, eşq «mən»lə uyğunlaşmır və məqsədə nail olmaq üçün şəxsiyyət aradan götürülməlidir.
Şair demək istəyir ki, əksin bir an görünməsi arifi aldatmamalı və onu həqiqətə çatmaqdan saxlamamalıdır.
Hafiz öz qəzəllərində cam, came-cəm, ayine-ye cam, piyalə sözlərindən çox istifadə etmişdir:


سالها دل طلب جام جم  از ما مى كرد     آنچه خود داشت ز بیگانه تمنا مى كرد


İllərdir ürək cami-cəmi bizdən istəyir,
Özünün malik olduğunu yaddan diləyir.


روى خوبت آیتى از لطف بر ما كشف كرد    زان زمان جز لطف و خوبى نیست در تفسیر ما


Sənin xoş çöhrən lütfün bir nişanəsini bizə açıqladı,
Təfsirimizdə lütf və yaxşılıqdan savayı bir şey qalmadı.


دیدن روى ترا دیده جان بین باید    وین كجا مرتبه چشم جهتن بین من است


Sənin üzünü görmək üçün ruh görən göz lazımdır,
Mənim dünyanı görən gözümün məqamı haradır?
Çəkdiyimiz misallara əsasən deyə bilərik ki, came-cəm və başqa sözlər arifin sirləri faş edən, qeybi göstərən ürəyinə işarədir. İrfanda həmişə eşqlə ağıl arasında mübarizə getmişdir. Hafizin qəzəllərində də görürük ki, ağıl o qədər də güclü qüvvəyə malik deyil.


حدیث از مطرب و مى گو و راز دهر كمتر جو    كه كس نگشود و نگشاید به حكمت این معما را


Mütrib və meydən hədis de, dünyanın sirrini az axtar!
Ki, heç kəs hikmətlə bu müəmmanı açmayıb, açmayacaq.


ما را به منع عقل مترسان و مى بیار    كان شحنه در ولایت ما هیچ كاره  نیست


Bizi ağılı itirməklə qorxutma və mey gətir,
Ki o darğanın bizim vilayətdə işi yoxdur.
Hafiz Şirazinin qəzəllərindəki mənalardan danışarkən onun yüksək şairlik istedadına malik olmasını da unutmaq olmaz. Bu fikrin sübuta ehtiyacı olmasa da, yuxarıda çəkdiymiz misallar bunu bir daha aydınlaşdırır. Həqiqətən onun qəzəllərindəki bədii təsvir vasitələri oxucunu heyrətləndirir.


روز و شب خوابم نمى آید بهچشم غم پرست    بس كه در بیمارى هجر تو گریانم چو شمع


O qədər sənin ayrılıq dərdindən şam kimi ağlayıram ki,
Gecə-gündüz qəmli gözlərimə yuxu gəlmir.
Hafizin qəzəllərində ikili məna verən söz, cümlə və birləşmələrə təsadüf olunur. Məsələn:


دور از رخ تو دم بدم از گوشه چشمم    سیلاب سرشك آمد طوفان بلا رفت


Üzündən uzaq olsun (və ya sənin üzündən uzaq olduğum üçün) gözümdən yaş seli gəldi və bəla tufanı getdi.
Hafizin qəzəllərində işlənən maraqlı incəliklərdən biri də beytin ayrı-ayrı misralarından eyni sait və samit səslərin bir-birini izləyib, musiqi çaları yaratmışdır.


در دیر مغان آمد یارم قدحى در دست    مست از مى و میخاران از نرگس مستش مست


Yarım əldə qədəh atəşkədəyə gəldi,
Özü meydən məst, meyxarlar məst gözündən məst.
Birinci dəfə altı dəfə «dal» hərfi, ikinci misrada isə beş dəfə «mim» hərfi işlənərək gözəl ahəng yaratmışdır.


ماجرا كم كن و باز آ كه مرا مردم چشم    خرقه از سر بدر آورد و به شكرانه بسوخت


Macəranı az et və qayıt ki, mənim gözlərim,
Xirqəni başdan çıxartdı, şükranlıqla yandırdı.
Birinci misrada altı dəfə «mim», ikinci misrada beş dəfə «re» hərfi təkrarlanıb.
Bütün bu misallar bir daha sübut etdi ki, Hafiz Şirazi həm böyük şair, həm də böyük arif olmuşdur. Bu dahilikdir ki, onu müasir dövrümüzə kimi yaşatmışdır.


Ey saqi, mey ver, bu söz-söhbəti bitir (qısalt) .

 

 

 

 

 

 

 
 

 


Aygün Əlizadə

 

Sənayi Qəznəvi bu hədisi belə nəzmə çəkmişdir.


گفت گنجى بدم نهانى من      خلاق الخلق تا بدانى من

 


كُنْتُ كَنْزاً مَخْفیاً فَاَحْبَبْتُ اَنْ اعْرَف فَخَلَقْتُ الْخَلْقَ لَكَى اَعْرَفَ

  • Yazılıb
  • da (də) 2009 Jun 10