Tarix : 2015 Jun 25
Kod 46094

"Avropa Şurası Parlament Assambleyasının qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar"

Ərəstun Oruclu : AŞPA-da qəbul olunmuş qətnamə, oradakı tövsiyyələr, tələblər onun göstəricisidir ki, Azərbaycan tərəfi bunu icra etməsə, fikrimcə, artıq sanksiyalara yol açan qətnamədir.

Arannews - Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri" deyib: AŞPA-nın Azərbaycan Respublikası barədə qətnaməsi yerinə yetirilməsə sanksiyalara yol açar .

Politoloq Ərəstun Oruclu Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı müzakirələr və AŞPA-nın qəbul etdiyi qətnaməni şərh edib. Bildirib ki, AŞPA-da qəbul olunmuş qətnamə, oradakı tövsiyyələr, tələblər onun göstəricisidir ki, Azərbaycan tərəfi bunu icra etməsə, (yüksək ehtimalla deyirəm ki, Azərbaycan tərəfi ən yaxşı halda bunu imitasiya etməyə cəhd edəcək, açıq şəkildə rədd etməyəcək) fikrimcə, artıq sanksiyalara yol açan qətnamədir .

Ərəstun Oruclunun fikrincə sanksiyalar ağır fəsadlar verə bilər.

  • Yazılıb
  • da (də) 2015 Jun 25