Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğv olunması haqqında qərar qəbul etdikdən sonra Gürcüstan vətəndaşları cari ilin baharından “Şengen” vizası almadan Aİ-nin 26 ölkəsinə səfər edə və (iş icazəsi olmadan) üç ay qala biləcəklər.
Avropa İttifaqı və Gürcüstan arasında viza rejiminin tamamilə ləğv edilməsi Qafqaz regionunda mühüm hadisə sayılır. Bu məsələnin mesajlarından biri də Cənubi Osetiya və Abxaziya münaqişələrində Rusiyanın planları ilə bağlı ola bilər. Hətta bu gərgin regionda yeni hadisələr yarada bilər. Bu məntəqənin sakinləri Rusiya pasportu daşıyırlar. Bunun qarşısında sözügedən viza rejiminin ləğvinə, Gürcüstan pasportunun etibarının artmasına və turist sahəsinin genişlənməsinə diqqət etməklə Cənubi Osetiya və Abxaziya sakinləri arasında Gürcüstan dövlətinə meyl artacaq. Bu arada münaqişənin həlli və Rusiyanın Cənubi Qafqazda planlarında fərqli sazişlərin şahidi olacağıq.
Vizanın ləğv edilməsi və onun təsirləri
Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğv olunması haqqında qərar qəbul etdikdən sonra Gürcüstan vətəndaşları cari ilin baharından “Şengen” vizası almadan Aİ-nin 26 ölkəsinə səfər edə və (iş icazəsi olmadan) üç ay qala biləcəklər. Avropa Parlamentinin Strasburqda keçirdiyi iclasında bu mövzu bir neçə dəfə səsə qoyulsa da ancaq 2013-cü ildən bəri təxirə salınmışdı. Nəhayət, 2 fevralda səs çoxluğu (553 müsbət səs) ilə qəbul edildi. Bu səsəqoyma ilə eyni zamanda ATƏT-in sədri Sebastyan Kurts Gürcüstanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna və Gürcüstan böhranı diplomatik yollardan istifadə etməklə ən yaxşı mümkün formada həll olunmalıdır. Aİ-yə üzv ölkələr və Gürcüstan vətəndaşlarının sərbəst gediş-gəlişi böhranın həll yollarından biri sayılır.
Avropa Parlamentinin bu qərarından dərhal sonra Gürcüstanın baş naziri də bu günü Gürcüstan üçün tarixi bir gün adlandırdı. Gürcüstanın prezidenti Georgi Marqvelaşvili bu münasibətlə ölkə vətəndaşlarını təbrik etdi və bildirdi ki, bizim abxaziyalı və osetiyalı vətəndaşlarımız da bu imkandan faydalanacaq. Prezident Gürcüstandan ayrılmaq istəyən və Rusiyanın hakimiyyəti altına düşmüş Cəbuni Osetiya və Abxaziyaya işarə edərək dedi ki, hər iki məntəqənin sakinləri Gürcüstan pasportu ala bilərlər və bu ölkənin yenidən birləşməsi üçün bir yoldur.
Həmçinin sabiq prezident Mixail Saakaşvili video mesajında bildirib: “Qızılgül inqilabından sonra biz Gürcüstan Parlamenti qarşısında Avropa İttifaqının himnini oxuyanda və Qafqazda ilk dəfə olaraq onun bayrağını qaldıranda xaricdə və ölkə daxilində çoxları məni lağa qoydu. Mən ciddi şəkildə inanıram ki, Gürcüstan tezliklə Avropa Birliyinə qoşulacaq”.
Bu layihə öz son təsdiqini tapdıqdan sonra Gürcüstanda biometrik pasport alanlar hər 180 gündən bir 90 gün müddətində Aİ-na üzv olan ölkələrə sərbəst səfər edə bilərlər. Bu layihədən 9 ay müddətində sınaq kimi istifadə ediləcək. Gürcüstan vətəndaşları Avropa ölkələrindən sığınacaq istəyərlərsə, yaxud 90 gündən artıq qalarlarsa, belə ki, Aİ-nın daxili təhlükəsizliyini və ya ümumi siyasət riskini artırarlarsa, onda bu layihə gerçəkləşməyəcək.
Aİ özünün şərq qonşuları ilə yaxınlaşma proqramına əsasən, Belarusiya, Ukrayna, Azərbaycan, Ermənistan, Moldava və Gürcüstan ölkələri ilə viza rejimini ləğv etməyi nəzərdə tutmuşdur. Ancaq indiyə kimi təkcə Moldava Aİ-nin nəzərdə tutduğu standartlara əməl etmiş və Şengen vizasının ləğvi onun vətəndaşları üçün həyata keçirilmişdir. Çox güman ki, Ukrayna və Gürcüstan üçün də bu ildən həyata keçiriləcək. Ancaq Belarusiya, Azərbaycan və Etmənistan dövlətləri bu layihə ilə bağlı hələ ki, heç bir fikir bildirməyib.
Gürcüstanın qərb üçün geopolitik əhəmiyyəti
Gürcüstan Cənubi Qafqazın bir ölkəsi olaraq münasib coğrafi və strateji mövqei olması, habelə Qara dənizın sahilində yerləşdiyindən Aİ və NATO-nun Orta Asiya və Qafqazı Avropaya birləşdirmək üçün fəaliyyətlərində tranzit ola və ya şərq koridoru yarada bilər. Bu ölkə təbii sərvətləri, coğrafi mövqei və Xəzər dənizi hövzəsində yerləşməsi ilə yüksək potensiallara malikdir və buna görə də enerji və yük daşınması sahəsində önəmli tranzit rolu oynaya bilər. Ona görə də Avroatlantik məkan üçün qərbin Orta Asiyaya və Şərqə genişlənməsinə vasitə hesab edilir.
Gürcüstan 1992-ci ildə müstəqillik əldə etdiyi ilk zamanlardan NATO və Avropa Şurasına qoşulmağa meyilli olduğunu göstərdi. Belə ki, 1992-ci ildə müstəqillik qazanan kimi NATO ilə diplomatik və rəsmi münasibətlərə başladı və NATO ilə əlaqələrini genişləndirmək məqsədilə öz səfirini bu təşkilata göndərdi, 2001-ci ildə Poti limanında NATO qüvvələri ilə birgə manevrlər keçirdi. 2008-ci ildə Gürcüstanda keçirilən prezident seçkilərində Saakaşvili Avroatlantik məkana qoşulmağı və ölkənin ərazi bütövlüyünün bərpasını öz dövlətinin izləyəcəyi iki əsas hədəf adlandırdı.
Bununla belə, Gürcüstanın Aİ və NATO-ya birləşməsini gecikdirən amil də elə bu ölkənin coğrafi və geopolitik mövqeidir. Gürcüstanın Rusiyanın cənub sərhədləri qonşuluğunda yerləşməsi və iki münaqişə zonasının bu ölkədə baş verməsini onun NATO-ya qoşulmasını gecikdirən iki əsas səbəb bilmək olar. Hər halda Avropa ilə vizanın ləğv edilməsi Avroatlantik məkanın Gürcüstan dövləitnin rəftarı qarşısında verdiyi alqışlayıcı vasitədir. Bu xüsusi üstünlük Gürcüstanda Bidzina İvanişvilinin rəhbərliyi ilə hazırkı iqtidarda olan partiya üçün bir röya, habelə Avropanın Rusiya qarşısında özünü göstərməsi kimi dəyərləndirilir.
Gürcüstanda qərbyönümlü yanaşma
Tiflisin xarici siyasətində öndə dayanan mövzu ölkəsinin qərbə yaxınlaşması, Avroatlantika məkanı ilə regional və beynəlxalq əməkdaşlıq, anlaşma və mübadilədir. Avropa Parlamenti və ATƏT Gürcüstanın indiyə kimi onda üzv olduğu iki struktur və iki təşkilatdır və bu iki strukturda daha aktiv üzv olmağa təlaş edir.
Doğrusu, bu üzvlük təkcə Tiflisin öz təlaşının nəticəsi deyil. Avropanın əsas strategiyaları da bu qitənin genişlənməsi istiqamətində olması hesabınadır. Gürcüstanın Amerika ilə səmimi münasibətlər qurmağa can atması qərbə meyillilik siyasətləri çərçivəsində xarakterizə olunur. Bu ölkə rəhbərləri siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə Vaşinqtonla çox yaxın və yaxşı əlaqələr qurmağa cəhd edirlər. Gürcüstanın qərbə yönəlməsinin digər səbəbi də bu ölkənin Rusiya ilə qarşılaşmaqda ərazi bütövlüyü və suverenliyinə görə xüsusi narahatlığını bilmək olar. Bu məsələ Gürcüstanın xarici siyasətinin istiqamətlənməsində önəmli rol oynayır. Rusiyanın bu ölkədə separatçıları dəstəkləməsi onun qərbə daha da çox yaxınlaşmasına təsir göstərir. Gürcüstanın qərbyönümlüyündə açıq-aydın görünən odur ki, bu ölkənin Avroatlantik məkana yaxınlaşması, NATO və Aİ-yə birləşməsinə təlaş etdiyi zamandan Rusiya ilə qonşuluğa əhəmiyyət verməməsi daxili ixtilaf və gərginliyə səbəb olmuşdur. Bu məsələ Gürcüstanın uzunmüddətli sabitliyində təsirlidir. Hərçənd hakimiyyətə gəlmiş yeni dövlət bu geopolitik ixtilafı həll etmək niyyətindədir.
Gürcüstan-Rusiya münasibətlərinin gələcək hadisələrdə rolu
Qızılgül inqilabı dövləti hakimiyyətə gəldikdən sonra Rusiyanın Gürcüstanda rolu tədricən zəiflədi və təqribən 2008-ci ildə artıq Gürcüstanın siyasətində heç bir təsirə malik olmadı. Bəlkə də Osetiya və Abxaziya münaqişələri Rusiyanın Gürcüstanın gənc dövlət başçıları qarşısında özünü göstərməyə və məntəqədəki tarixi qüdrətini nümayiş etdirməyə imkan yaratdı. Gürcüstan və Cənubi Osetiya arasındakı müharibəyə Rusiyanın daxil olması Moskvanın məntəqədə uzunmüddətli maraqlarını möhkəmləndirmək məqsədi daşıyırdı. M. Saakaşvilinin hakimiyyətdən getməsi və G. Marqvelaşvilinin iş başına gəlməsi ilə eyni zamanda Rusiya ilə münasibətlərinin normallaşdıracağını öz dövlətinin hədəflərindən biri olduğunu bildirib.
Gürcüstan və Rusiyanın xüsusi nümayəndələri arasında müzakirələr 2012-ci il 14 dekabrdan etibarən başlamışdır. Ekspertlərin fikrincə, Gürcüstanın Rusiya ilə saziş etməkdən başqa bir çıxış yolu yoxdur. Bu ölkə digər postsovet ölkələri kimi iqtisadi cəhətdən bərk Rusiyadan asılıdır. Eyni halda MDB ölkələrinin, əsasən də Gürcüstan vətəndaşları Rusiyaya gedərək gəlir əldə edir, özlərinin və ailələrinin yaşayışını təmin edir və ehtiyaclarından artıq qalanı öz ölkələrinə göndərirlər. Son statistikalara görə 1.5 milyon Gürcüstan vətəndaşı Rusiyada işləyir.
Rusiya üçün Gürcüstanın digər bir əhəmiyyəti də vardır və bu əhəmiyyət Gürcüstanın Rusiya və İrana ehtiyac olmadan Orta Asiya və Xəzər dənizindən Avropaya enerji ötürülməsi tranzitində yerləşməsidir. Bu məsələ səbəb olmuşdur ki, Rusiya Gürcüstanda təhlükəsizlik alətini girov götürsün, Avropanı enerji ilə təmin etməkdə Moskvanın rolu nəzərə alınmadıqda həmin kartdan istifadə etsin.
Nino Burdcanadze Rusiyanın “Komsomolskaya pravda” qəzetinə verdiyi müsahibəsində deyib: “Mən son illər ərzində Rusiyanın yüksək çinli rəsmiləri ilə görüşdüm və onların iki ölkə arasındakı problemləri doğrudan da həll etmək niyyətində olduğunu gördüm. Gürcüstanda da Moskva ilə münasibətlərin yaxşılaşmasına meyl ola bilər. Ancaq Rusiya tərəfi ilə müzakirə mizi arxasında oturmaq şücaəti yoxdur”.
Gürcüstanın bu siyasətçisi belə inanır ki, ölkəsinin dövləti onlara Rusiya tərəfdarı etiketi vurulacağından qorxur. Onlar üçün qərb ölkələrinin onlar barədə nə düşündükləri çox önəmlidir. Ona görə də Rusiya ilə münasibətləri normallaşdırmaq prosesi çox ləng gedir. Əlbəttə, iki ölkə münasibətlərinin düzəlməsinin uzun zamana və təlaşa ehtiyacı vardır.
Xanım Burdcanadze əlavə edib: “Moskva rəsmiləri Gürcüstan tərəfdən onlar üçün heç bir təhdid olmadığına əmin olmalıdır; məsələn Gürcüstanın NATO ilə yaxın əməkdaşlığı barədə. Həmçinin Tiflis rəsmiləri də Rusiyanın Gürcüstanı dəstəkləməsini tam hiss etməlidirlər. Belə qarşılıqlı əminlik yaranacağı surətdə iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq üçün heç bir problem qalmayacaq”.
Hər halda belə nəzərə gəlir ki, Gürcüstanın siyasi durumu Rusiya ilə münasibətləri yaxşılaşdırmağa hazırdır. Gürcülərin təhlükəsizliyə ehtiyacı vardır və bu təhlükəsizlik isə qərbin girovunda deyil. Gürcüstan siyasətçiləri bu nəticəyə gəliblər ki, iqtisadi və sosial inkişaf siyasi və təhlükəsizlik sabitliyi ilə yanaşı olmalıdır və bu məsələlərin Moskva ilə münasibətlərin normallaşmasından da asılılığı vardır.
İndi viza rejiminin ləğv edilməsi ilə qərbə daha çox yaxınlaşmaqla Rusiya və münaqişə tərəfləri ilə müzakirələr aparmaq üçün Gürcüstan dövlətində daha çox özünəgüvən yaranacaq və uğur şansı daha çox olacaq.
Hamid Kazimzadə
Mənbə: İras (İran və Avrasiya Araşdırmalar İnstitutu)